Yuxarı

Mənə efir qadağası qoyan kanal rəhbəri... - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xeyli vaxt idi ki, televiziyalarımıza baxmırdım. Səbəbi çox nadir maraqlı verlişlə rastlaşmağımdır.

Axar.az xəbər verir ki. bu sözləri millət vəkili Qənirə Paşayeva Azərbaycan televiziyalarında bayağılaşan verilişlər barədə fikrini bildirərkən yazıb. Q.Paşayeva vurğulayıb ki, Azərbaycan kanalına baxan kimi bu sahədən getdiyinə görə peşman deyil:

“Bir az əvvəl açdım ki, bəlkə maraqlı bir şey olar. Rayonlarımızdan birindən toy mərasimi verilirdi. 2-3 dəqiqə sonra verilişdə belə bir elan çıxdı: “Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə, bizimlə əlaqə saxlasın”. Bu elan bir neçə dəfə təkrarlanmağa başladı. Adamlar mikrafona “xoşbəxt olsunlar, sənun üçün olsun” kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və s. Televizoru söndürüb növbəti dəfə öz-özümə “nə yaxşı ki, televiziyadan vaxtında getdin” dedim öz-özümə”.

Millət vəkili vaxtilə aktiv jurnalistika ilə məşğul olduğunu xatırladaraq, hazırda televiziyaları tənqid etməməsinə də aydınlıq gətirib:

“Bizim vaxtların ən reytinqli verlişlərini xatırlayıb indiki ən reytinqli verlişlərlə müqayisə edəndə, adamın ürəyi sıxılır. Bir çox insan tez-tez "Qənirə xanım, niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz, axı, siz bu sahədən gəlibsiniz” deyirlər. Bilmirlər ki, fikrinizi deyəndə, bölüşəndə televizyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, “onu efirə çağırmayın” deyə göstərişlər verirlər. Hətta eləsi var ki, deyir, Qənirə xanımın tədbirlərindən bir kadrı da bizim efirdə görsənməsin. Operator yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki, Qənirə xanım orada görünməsin. Tədbirdə də zülm çəkir kadr çəkə bilmək üçün və sonra mənim köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək, "vallah, Qənirə xanımın üzünə baxanda utanırıq, amma neyləyək" deyir. Mən də uşaqlara deyirəm ki, narahat olmasın, mən onun vəziyyətini anlayıram, Xəbərlər Xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində və verlişlərində elə görünməsəm yaxşıdır. İnsanlar da deyir, gəl, bu cür adamlara arada televiziya barədə iradlarını söylə. Eh, nə isə... Allah böyüyən balalarımıza özü kömək olsun!”

Tarix
2017.01.10 / 01:29
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...

COP29-un bağlanış iclası: ikinci hissə keçirilir - Canlı

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla