Yuxarı

Ermənilərin rüsvayçılıqdan çıxmaq cəhdləri - Konyak diplomatiyası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin rüsvayçılıqdan çıxmaq cəhdləri - Konyak diplomatiyası

Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu həftə qəbul etdiyi “Avropada jurnalistlərə və mətbuat azadlığına hücumlar” qətnaməsinin müəllifi, Ukrayna nümayəndə heyətinin rəhbəri, AŞPA-nın elm, mədəniyyət, təhsil və media komitəsinin sədri Vladimir Aryev özünün Feysbuk səhifəsində Ermənistan nümayəndə heyətinin onu həmin qətnamənin 9-cu bəndində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, Bako Saakyanın quldur dəstəsinin separatçı rejim, Dağlıq Qarabağ ərazisinin isə qeyri-şəffaf, hərc-mərclik zonası olması barədə ifadələrdən imtina etməsi üçün konyakla “ələ almaq” cəhdlərini ifşa edib.

Axar.az Azərtac-a istinadla ukraynalı siyasətçinin Feysbuk səhifəsində şərhlərindən sitat dərc etmişdi: “Dünən Ermənistandan olan deputatlar əllərində bir şüşə konyak tutaraq bütün şəhər boyu arxamca qaçırdılar ki, mən Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etmək fikrindən dönüm. Elə həmin gün onlar Assambleyada “məni hörmətdən salan materiallar” yaydılar ki, guya Aryevin nənəsi azərbaycanlıdır”.

Adama deyərlər, bu cür rüsvayçılıqdan sonra yerə gir və sus. Amma yox, rüşvətin baş tutmamasına bəraət qazandırmağa cəhd göstərmək mütləq lazımdır. Elə AŞPA-da erməni nümayəndə heyətinin təmsilçisi, Ermənistanın Respublika Partiyasından deputat Samvel Farmanyan, “lragir.am” nəşrinin yazdığı kimi, “dezinformasiyanı təkzib etməyə” cəhd göstərib. Biz də gözdə-qulaqda olduq, düşündük ki, Farmanyan bütün şəhər boyu Aryevin arxasınca konyakla deyil, gül dəstəsi ilə qaçması, yaxud tamam əks istiqamətlərdə getmələri barədə video ortaya qoyacaq.

Lakin “dezinformasiyanın təkzibi” həddindən artıq “ermənisayağı” oldu. Farmanyan deyib ki, konyak şəhərdə Aryevin “dalınca düşməyib”, lakin... şam yeməyində stolun üstündə olub (gör onlar özləri ilə nə qədər konyak gətiriblər ki, həm stola qoyulsun, həm də bu konyaklarla şəhər

boyu deputatların dalınca qaçsınlar!). Farmanyan daha sonra Aryevi şam yeməyində içilmiş konyakı həzm etməməsinə görə (qonaq etmədə tipik erməni səmimiliyi) “ermənisayağı” hədələyib, üstəlik onu narkotrafikdə ittiham edib.

“Düşünürəm ki, şam yeməyini yaddaqalan etmək üçün Polşa aeroportunun təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırmaq lazımdır. Onlar ukraynalı deputatın cibində narkotik olması şübhəsi ilə saxlanması kimi komik hadisəni danışacaqlar”, - deyən Farmanyan düşünməyib ki, bunlar doğru olsaydı, Aryev AŞPA-da deyil, türmədə oturardı.

Erməni məntiqinə görə, əgər stolda konyak varsa, bu nə rüşvət, nə də “konyak diplomatiyasıdır”. Lakin elə həmin stolun üstündə qara kürü bankası varsa, bu rüşvət və müvafiq diplomatiyadır.

Bəli, ermənilərin “damage control”la işləri yaxşı deyil.

Sonuncu da, necə deyərlər, desert üçün. Farmanyan bildirib ki, şam yeməyində Vladimir Aryev və azərbaycanlı həmkar Vüsal Hüseynov sabahkı məruzə haqqında danışıblar və “konstruktivlik” göstəriblər. Farmanyanın “konstruktivlik” (məlum olduğu kimi, bu, ermənilərdə spesifikdir) deyəndə nəyi nəzərdə tutduğunu izah etmək bizim üçün çətindir. Lakin növbəti gün məruzəçi dünənki “razılaşmaya” əməl etməkdən boyun qaçıranda məlum olub ki, nəinki konyak əbəs yerə içilib, qəbul edilmiş qətnamə ilə də Arye, görünür,... Vüsal Hüseynovu “çətin vəziyyətdə” qoyub.

Heç düşünməzdik ki, qətnamə azərbaycanlı deputatların əhvali-ruhiyyəsini “korlayıb”. Belə “badalaqlardan” çox olsun.

Tarix
2017.01.26 / 22:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla