Yuxarı

Bu işğal belə davam etməyəcək – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bolu vilayətində Bolu bələdiyyəsinin təşkilatçılığı ilə “Xocalı soyqırımı: Unutmadıq, unutmayacağıq və unutdurmayacağıq” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, ziyalılar, alimlər, QHT təmsilçiləri, sənət adamları və gənclər iştirak ediblər. Tədbirin açılışında çıxış edən Bolu bələdiyyəsinin sədri Alaəddin Yılmaz, bələdiyyə sədrinin müavini Əminə Davarcıklıoğlu, Yeni Yurd İB sədri Mahirə Əsədova, professor Asif Rüstəmli, Xocalı sakini Aqil Məmmədov Xocalı soyqırımı ilə bağlı danışıblar.

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva çıxışına Azərbaycanda ön cəbhədə işğalçı Ermənistanın təxribatlarına layiqli cavab verən zaman şəhid olan Azərbaycan əsgərləri, Türkiyədə terrorla mübarizədə şəhid olan insanlarımızın ruhuna ehtiramla başlayıb. Qarabağın qədim türk yurdu olduğunu vurğulayan Q.Paşayeva işğalçıların tariximizi, işğal altındakı torpaqlarımızda yerləşən mədəniyyət və tarixi abidələrimizi məhv etdiyini bildirib: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.

Tədbirin sonunda Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova “Xocalı laylası” və “Ayağa qalx, türk oğlu” əsərlərini ifa edib.

Sonra millət vəkili Q. Paşayeva, Yeni Yurd İB sədri Mahirə Əsədova, professor Asif Rüstəmli, Nuriyyə Hüseynova, Xocalı sakini Aqil Məmmədov, QHT təmsilçisi Dilbər Məmmədovaya təşkilatçılar tərəfindən plaket təqdim olunub.

Tədbirdən sonra millət vəkili Q.Paşayeva Bolu fəal gənclər və qadın təşkilatları ilə görüşüb, KİV nümayəndələrinin suallarını da cavablandırıb.

Konfransın linkini burdan izləyə bilərsiniz.

Tarix
2017.02.27 / 11:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla