Yuxarı

Radikalların Şəhidlərdəki şousu: Kərimli və Həsənli saxlanıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün özünü “Milli Şura” adlandıran qurumda birləşmiş bir qrup radikal Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Axar.az xəbər verir ki, Milli Dirçəliş günü ilə bağlı keçiriləcəyi iddia olunan qanunsuz aksiya Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli tərəfindən idarə olunub, onlar qanunsuz aksiya iştirakçılarını polislə toqquşmaya təhrik ediblər.

Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz.

Aksiyanın təkcə icazəsiz olması deyil, həmçinin qadağan olunmuş məkanda keçirilməsinə cəhd göstərilməsi də əvvəlcədən düşünülüb. Çünki siyasi protokolların keçirildiyi məkanlar, tarixi-dini ziyarət yerləri kütləvi etiraz aksiyaları keçirilmək üçün ünvan kimi seçilə bilməz. Şəhidlər Xiyabanı isə həm siyasi protokollar üçün məkandır, həm də Azərbaycanın çox mühüm ziyarət yerlərindən biridir.

Göründüyü kimi, aksiyanın ünvanı olaraq qəsdən elə məkan seçilir ki, qarşıdurmanın yaranması qaçılmaz olsun və dövlətə qarşı yeni ittiham səsləndirmək fürsəti yaransın.

Ancaq ənənəvi olaraq radikal müxalifəti təmsil edən bir qrup şəxs və onların rəhbərləri istəklərinə nail ola bilməyiblər. Belə ki, hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq aksiya iştirakçılarına çağırış edib, qanunsuz aksiyanın qarşısını alıb, Şəhidlər Xiyabanının siyasi spekulyasiya və şou meydanına çevrilməsinə imkan verməyib. Aksiyanın təşkilatçıları isə saxlanaraq Səbail Rayon Polis İdarəsinə aparılıb.

Aksiyadan sonra radikal müxalif fəallar tərəfindən sosial şəbəkələrdə başladılan kampaniya isə bir daha bu qanunsuzluğun əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir. Belə ki, sosial şəbəkələrdə bəziləri polis idarəsinə yürüş etmək barədə çağırışlar edib. Bu isə aksiyanın əvvəlcədən qarşıdurmaya getmək məqsədilə hazırlandığını, hədəfin ölkədəki siyasi sabitliyi pozmağa cəhd olduğunu təsdiqləyir.

Tarix
2018.11.17 / 22:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla