Gülnar Həbibovanın Rusiyanın
Sankt-Peterburq şəhərində həyat yoldaşı Samir Həbibov tərəfindən
amansızlıqla qətlə yetirilməsi yerli və Rusiya mətbuatının
gündəmini zəbt edib.
Yayılan ən son məlumata görə, 23 yaşlı arvadını öldürən Samir
Həbibov yüksək məbləğdə pul ödəyərək şərti azadlığa çıxıb.
Qeyd edək ki, Samir Həbibov istintaqa verdiyi açıqlamada Gülnar
Həbibovanı bilərəkdən öldürmədiyini deyib. Hadisəni etiraf edən
qatil ər həyat yoldaşını öldürdükdən sonra qardaşının köməkliyi ilə
onu velosipedlə meşəyə apararaq, orada basdırıb.
Azvision.az
Gülnar Həbibovanın qatil əri Samir Həbibovla bağlı sensasiya
sayılacaq məlumatlar əldə edib.
Həbibovun adının mətbuatda çəkilməsini istəməyən qohumlarının
bildirdiyinə görə, Gülnar Həbibovanın qətli Samirin ilk cinayəti
deyil. O, bundan öncə də yaxın münasibətdə olduğu xanımın qətlində
ittiham edilərək həbs olunub.
Məlumata görə, S.Həbibov bir neçə il bundan öncəyədək Rusiyada
tanınan Abramyan adlı erməni aktyorun nəvəsi ilə sevgi
münasibətində olub.
Qohumlarının sözlərinə görə, S.Həbibov 2003-cü ildə erməni qızı
qətlə yetirdiyi üçün həbs olunub: "Samir əvvəllər də cinayət
törədib. O, Abramyan adlı bir erməni aktyorun nəvəsi ilə uzun
müddət sevgili olub, 2003-cü ildə həmin qızı öldürüb. Samir erməni
qızın meyitini maşında saxlayıb. Bu hadisənin üstü açılandan sonra
Samiri həbs etdilər. O, 6 ildən sonra 2009-cü ildə azadlığa çıxdı.
Samir həbsdən çıxandan sonra ailəsi bu hadisəni unutdurmaq üçün onu
evləndirməyə qərar verdi. Gülnar Həbibova onunla ailə qurana kimi
Samirin həbsdə olmasından, sevgilisini öldürməsindən xəbərsiz olub.
Gülnarın ailəsi də bunu indəyədək bilmir. Samirin psixoloji
problemləri olub. Normal insan günahsız yerə öz həyat yoldaşı niyə
öldürsün ki?".
Qohumlarının bildirdiyinə görə, Gülnar qətl hadisəsi baş
verməmişdən bir neçə gün öncə Samirin hazırda başqa bir erməni
qızla münasibətdə olduğunu, hətta ondan uşağının olduğunu öyrənib.
Bundan sonra onlar arasında dava baş verib.
"Samir Gülnarla ailə qursa da, həmin erməni qızla münasibətdə
olub. O, Gülnarı Samirə qısqanırmış. Bunun üstündə onların
evlərində dava düşüb. Bu zəmində Samir Gülnarı qətlə yetirib. Çox
güman ki, Samir erməni sevgilisinin tapşırığı ilə Gülnarı öldürüb.
Samirin ailəsi də yaxşı bilir ki, Gülnar erməni qıza görə
öldürülüb", - deyə Həbibovun qohumları bildirib.
S. Həbibovun Lənkəranda yaşayan əmisi Zakir Həbibovla əlaqə
saxlayaraq hadisə ilə bağlı onun fikirlərini öyrənməyə çalışdıq. O,
qətldə Samirin günahkar olduğunu deyib.
"Kim istəyərdi ki, belə bir hadisə olsun? Biz Gülnarın ölümünə
görə çox pis olmuşuq. Onun heç bir günahı yox idi. Samir bilmirik
nəyə görə belə addımı atıb. Bu hadisədən sonra utandığımızdan
insanların üzünə baxa bilmirik".