Yuxarı

Evlərinə basqın edildiyini deyən qadının yalanı...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayonunda evlərinə basqın olduğunu deyən qadının polisə yalan ifadə verdiyi məlum olub.

Axar.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, belə ki, rayon sakini Məhəmməd Şirinov noyabrın 11-də Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin yaşadıqları evə basqın edərək bacısı Günəş Mikayılzadənin əllərini və ayaqlarını iplə bağladığını, onu öldürəcəyi ilə hədə-qorxu gəldiyini bildirib. Polis hadisə yerinə baxış keçirib və G.Mikayılzadənin əlləri və ayaqları bağlı vəziyyətdə tapıb. Faktla bağlı araşdırmalar başlanılıb.

G.Mikayılzadə istintaqa ifadəsində evlərinə basqına görə rəfiqəsindən şübhələndiyini bildirib. Lakin keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, hadisə quramadır, G.Mikayılzadə hadisəni tanışı Zabit Salmanovla qabaqcadan əlbir olaraq səhnələşdirib. Məqsəd isə rəfiqəsindən qisas almaq olub.

Bundan başqa, istintaq zamanı o da məlum olub ki, G.Mikayılzadənin oktyabrın 15-də 1000 manatının və geyim əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib. O, həmin hadisədə də rəfiqəsini günahlandırıb.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanları araşdırma aparır.

Tarix
2017.11.11 / 23:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı: İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla