Yuxarı

Millinin gələcəyini düşünürəm – Robert Prosineçki

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərlə oyun üçün təxminən 25 futbolçuya dəvət göndərmək niyyətindəyəm. Onlar yalnız ölkə çempionatında iştirak edənlər olacaq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosinçeki “CBC Sport” telekanalına açıqlamasında deyib.

Martın 6-da bir araya gələcək yığmamız ayın 9-da səfərdə Qətərlə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Xorvatiyalı mütəxəssis həmin qarşılaşma üçün dəvət edəcəyi oyunçuların əksəriyyətini müəyyənləşdirib.

O bildirib ki, legionerlərin bu müddətdə klublarında qalmaları daha məqsədəuyğundu: “Yoldaşlıq oyunu olduğundan, legionerləri çağırmayacam. Həm də çıxış etdikləri klublar çətin ki, onları buraxsın. Məsələn, Ramil Şeydayevə dəvət göndərsəm, yeni klubunda 4 gün məşq prosesini buraxmalı olacaq və heyətə düşmək şansı azalacaq. Bu sözlər Dəniz Yılmaz, Eddi İsrafilov və Dmitri Nazarova da aiddi”.

Prosineçki yığmada debütantların olacağını da əlavə edib: “Dəvət göndərəcəklərim arasında 2 yeni futbolçu görəcəksiniz. Hansı ki, onları heç vaxt millidə izləməmisiniz”.

“Qəbələ”nin kapitanı Cavid Hüseynovu Qətər toplanışında yenidən millinin heyətində görə bilərik. Hüseynovla bağlı hələ qəti qərara gəlmədiyini söyləyən 48 yaşlı mütəxəssis milli ilə adları hallanan digər oyunçuların məsələsinə də aydınlıq gətirib: “Cavid Hüseynov uzun müddət idi ki, milliyə çağırılmırdı. Amma mən gələndən sonra onun yenidən yığmada oynamaq şansı yarandı. Cavidi izləyirəm, amma Qətərə aparıb-aparmayacağım hələ sual altındadı. Hazırda Yunanıstan çempionatında çıxış edən Amit Quluzadəni hələ “Sumqayıt”da oynayanda izləyirdim. Amma onun oyun praktikası azdı. Rauf Əliyevin zədəsi yeni sağaldığından, dəqiq fikir söyləyə bilmirəm”.

Prosineçki “Boavişta”da son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkən qapıçı Kamran Ağayevin vəziyyətindən də danışıb: “Kamran Ağayev Azərbaycanın ən güclü qapıçısıdı. O, bizim “1 nömrə”mizdi. Hazırkı durumu, əlbəttə ki, məni qane etmir. Bu, təkcə Kamrana aid deyil. Digər legionerlərimiz də axır vaxtlar az oynayırlar. Bu isə milli üçün böyük problemdi. “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev çox təcrübəlidi. Amma gənc qapıçıya üstünlük verəcəm. Çünki mən DÇ-2018 və AÇ-2020-ni, yəni millinin gələcəyini düşünürəm”.

Tarix
2017.02.22 / 21:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla