Yuxarı

SOCAR istiqrazları ilə bağlı yeni kampaniya

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR istiqrazları ilə bağlı yeni kampaniya

“AzFinans” investisiya şirkəti ölkədə ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR istiqrazları ilə bağlı kampaniya elan edib.

Axar.az xəbər verir ki, bu barədə şirkətin direktor müavini İntiqam Səfərəliyev bildirib.

Kampaniyaya əsasən, qarşıdakı 2 həftə ərzində bu şirkətdən SOCAR istiqrazı alan şəxslər komissiya ödəməyəcəklər.

Direktor müavininin sözlərinə görə, bu kampaniya SOCAR istiqrazları almaq üçün şirkətə müraciət edən müştərilərin maraqlarını təmin etmək məqsədi daşıyır:

“Müraciət edənlərin ən çox maraqlandıran məsələ SOCAR istiqrazlarını alarkən nə qədər komissiya ödəyəcəkləridir: İnvestorlar istiqrazın net gəlirini bank depoziti ilə müqayisə etmək üçün komissiya haqları ilə maraqlanırlar. Ona görə də biz 2 həftəlik kampaniya elan etmişik. 2 həftə davam edəcək kampaniya çərçivəsində SOCAR istiqrazı alan müştərilərin bütün komissiyalarını “AzFinans” şirkəti ödəyəcək. «Kampaniya 3 fevraladək davam edəcək. Bu, şirkət olaraq müştəri qazanmaq üçün bizə dəyər qatır”.

Şirkət rəsmisinin sözlərinə görə, SOCAR istiqrazları üzrə aparılmış PR kampaniyası öz işini görüb. İnsanlar istiqrazlar üzrə bütün vacib məqamları bilir və investisiya etmək üçün müraciət edirlər. Prosesi ilk dəfə həyata keçirən şəxslər ikinci dəfə daha böyük məbləğlə müraciət edirlər.

Xatırladaq ki, Dövlət Neft Şirkətinın (SOCAR) daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin oktyabrında buraxılıb.

İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə emissiya edilib. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfə artıq olub.

Oktyabr ayının 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək. İlk faiz ödənişi 17 yanvar 2017-cı ildə həyata keçirilib.

Tarix
2017.01.27 / 12:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla