Yuxarı

Ermənilər KVN-dən getdi - “Bakı yığması” ən yüksək liqada

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər KVN-dən getdi - “Bakı yığması” ən yüksək liqada

Azərbaycanı Soçidə “KiViN-2017” Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalında təmsil edən “Bakı yığması” ən yüksək liqanın tərkibinə düşüb.

Teleqraf.com xəbər verir ki, dünən festivalın qala gecəsində 2017-ci il mövsümünün ən yüksək liqasının tərkibi bəlli olub.

AMİK Televiziya Yaradıcılıq Birliyinin və KVN Beynəlxalq Birliyinin prezidenti Aleksandr Maslyakovun başçılığı ilə tanınmış münsiflər mövsüm iştirakçıları sırasında “Bakı yığması”nı da seçiblər.

Qeyd edək ki, Azərbaycan sonuncu dəfə 1993-cü ildə ən yüksək liqada “Parni iz Baku”nun simasında təmsil olunub.

“Bakı yığması” komandasının rəhbəri Rəşad Əzizov bildirib ki, Soçidə baş verənləri möcüzə adlandırmaq olar: “Biz bu nəticəni əldə etmək üçün uzun yol qət etmişik, “KiViN-2017” yarışı siyasi provokasiyalarla başlasa da, komandamızın qələbəsi üçün səylərimiz hədər getmədi. Biz festivalın gedişatında qəbul edilmiş operativ və ədalətli qərara görə, KVN Beynəlxalq Birliyinin rəhbərliyinə minnətdarıq. “Bakı yığması”nın verilən şansı qaçırmadığını dilə gətirib.

Xatırladaq ki, “KiViN-2017” Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalının başlanğıcında Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata cəhd olmuşdu. KVN Beynəlxalq İttifaqı və AMİK Televiziya Yaradıcılıq Birliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarını festivala dəvət etmişdi. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi etiraz bəyanatı yaymışdı.

Ermənistanın festivalda iştirak edən bütün komandaları məğlub olaraq mübarizəni dayandırıb. 2-ci tura yalnız Moskvada olan “Ermənistan yığması” ilə keçə bilmişdi.

Azərbaycanın da tərkibində yer aldığı ən yüksək liqada yarışacaq 22 komanda yarışa 1 ay sonra başlayacaq. 2017-ci ilin dekabrınadək müvafiq olaraq səkkizdəbir, dörddəbir, ikidəbir və final yarışları olacaq. Dekabrda isə qalib açıqlanacaq.

Tarix
2017.01.23 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla