Yuxarı

Ustad ömrünün 75 illik zirvəsi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ustad ömrünün 75 illik zirvəsi - Foto

Bu gün Azərbaycanın ağsaqqal jurnalistlərindən biri, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədlinin yubileyidir.

Müasir dövr Azərbaycan jurnalistikasında misilsiz əməyi olan Cahangir Məmmədli 26 yanvar 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1968-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib, həmin ildən universitetdə müəllimlik fəaliyyətinə başlayıb.

2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədridir. 2016-cı ilin iyununda Jurnalistika fakültəsinin dekanı seçilib. Filologiya elmləri doktoru, professorudur.

C.Məmmədlinin indiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir.

2004-cü ildə Bakı Dövlət Universitetində “İlin müəllimi” elan olunub. Bundan əlavə, o, jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibi, Prezident təqaüdçüsüdür.

C.Məmmədlinin müasir Azərbaycan jurnalistikasının inkişafında müstəsna xidmətləri olub. Eyni zamanda televiziya-radio jurnalistikası sahəsində peşəkar kadrların yetişdirilməsi, İctimai televiziyanın yaranmasında C.Məmmədlinin xidmətləri əvəzsizdir.

Axar.az kollektivi olaraq Azərbaycan jurnalistikasının kapitanını 75 illik yubileyi münasibətilə təbrik edirik.

Tarix
2017.01.26 / 08:15
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

MHP-dən Azərbaycan açıqlaması: Xəzərlə Aralıq ayrılmaz!

Azərbaycanın təcrübəsi bu dövlətlər üçün faydalı ola bilər

Bakıya kimlər gəldi və gələcək? - Siyahı

Prezident onlara müraciət ünvanladı

İran və Türkiyədən Azərbaycana trol hücumları...

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla