Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Yanvar 2018


Əməkdar artist: “Aktrisa olduğum üçün utanıram”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Naibə xanım Allahverdiyevanın məni tamaşaya dəvət etməsi könlümcə idi. İlyas Əfəndiyevə məxsus "Sarı köynək və Valehin nağılı" tamaşasını ikinci dəfə idi ki, həvəslə izləyirdim. Birinci dəfə bu yay aylarına tədadüf edirdi; tamaşa müəllifin yüz illiyinə həsr olunurdu. Zalda əyləşən tamaşaçılar içində tanınmış teatr xadimləri, fəxri qonaqlar çox idi. Elə bu günlərə təsadüf edən tamaşaya ikinci gedişimdə də tamaşa anşlaqla keçdi. Gün ərzində üç tamaşa təhvil verən və xeyli yorulan Naibə xanım məni evlərinə dəvət etdi. Tanınmış aktrisanın evində bizi mehribanlıqla qızı Məryəm və Mikki adlı pikines cinsinə məxsus balaca iti qarşıladı. Bir qədər havadan, tıxaclardan söhbət etdikdən sonra ilk sualımı teatrdan başladım.

- Naibə xanım, cəmiyyətdə belə bir fikir formalaşıb ki, teatrda tamaşalara gələn yoxdur. Artıq ikinci dəfə eyni tamaşaya gəlirəm və anşlaqla qarşılaşıram. Ümumiyyətlə, bu tamaşa neçənci dəfə oynanılır?

- Quruluşcu rejissor Bəhman Osmanovun rəhbərliyi ilə hazırlanan tamaşa artıq onuncu dəfədir oynanılır və düz deyirsiniz; hər dəfə də anşlaqla keçir. O ki qaldı tamaşaçının tamaşaya gəlməməsi mövzusuna, onu deyim ki, teatr kütlə üçün deyil, teatr ziyalı təbəqə üçündür. Teatr tamaşalarını ziyalı insanlar sevir; təbii ki, Nizami, Haqverdiyev, Dostoyevski, Puşkin, Axundovun əsərlərini oxumayan insan teatrın nə olduğunu bilmir! Onlar şou xarakterli tamaşaları seçirlər. Teatr bu gün reklamsız tamaşaçı auditoriyası toplayır. Biz bir tamaşanı yüz dəfə oynayırıq və hər dəfə zala ən azından yüz əlli və ya iki yüzə yaxın tamaşaçı toplayırıq. İnanın səmimiyyətimə, teatra tamaşaçıların gəlmədiyini iddia edən şəxslər heç teatr qapısının hansı tərəfdən açıldığını bilmirlər.

- Fəaliyyətiniz boyu silinməz obrazlar yarada bilmisiniz. Nə əcəb Xalq artisti adını almamısınız?

- Çox insan məndən bu suala cavab istəyir. Zarafat deyil; otuz ilin aktrisasıyam! Hətta deyərdim ki, bu "ad" artıq gecikir. Olduqca çətin və məsuliyyətli obrazlar yaratmışam (Naxçıvan dram teatrında "Dədə Qorqud" əsərində Burlaxatun obrazı). 2000-ci ildə duyğusal qələm sahibəsi Tamara xanım Vəliyevaya məxsus "Mənim ağ göyərçinim" əsəri üzrə eyni adlı tamaşada ana obrazını canlandırdım. Nazirlikdən tamaşaya baxış keçirildi və mən qısa müddət ərzində Əməkdar artist adına layiq görüldüm. İstənilən məclisdə məni Xalq artisti kimi təqdim edirlər, hər kəsin sevgisini hiss edirəm. Mən kimlərəsə fəxri adlar təqdim edilməsinə qarşı çıxış etmirəm və səviyyə baxımından özümü heç kəsdən aşağı hiss emirəm; hətta bir çoxlarından üstünəm. Azərbaycanda üç-dörd hörmət edilən aktrisa var ki, onlardan biri mənəm. Mən plastik aktrisayam; istənilən obrazı yarada bilirəm; istər dramatik olsun, istər komediya. Oynadığım hər bir obraza möhür vurmuşam. Sizin fikrinizcə, daim səhnədə tamaşaçılar tərəfindən alqış, "bravo" sədaları eşidən bir aktrisa üçün Xalq artisti adı layiq deyilmi? Amma düşünürəm ki, tezliklə bu ada layiq görülərəm.

- Bir çox tanınmış insanlar dövlət tərəfindən evlə təmin edilir, müküfatlara layiq görülür. Sizin də adınız varmı onların sırasında?

- Doğrusu, heç kəsə müraciət etməmişəm evlə təmin olunmağımla bağlı, lakin Prezident təqaüdü ilə mükafatlanmışam. Dövlət yaradıcı insanlara xüsusi diqqət ayırır. Hələ zamanında ulu öndərimiz Heydər Əliyev teatr haqqında deyərdi: "Görürsünüzmü səhnə nə qədər insanların əyləşdiyi yerdən hündürdə quraşdırılıb? Deməli, sənət də üstündür, zirvədədir!" Bu sözlər bir çoxlarına örnək olmalıdır. Teatra, yaradıcılığa diqqət onun qoyduğu izlə bağlıdır. Və ona görə də vəzifəsindən, sosial təbəqəsindən asılı olmayan insanlar sənətə dəyər verməyi öyrənməlidirlər.

- Yaradıcılığınızın bir parçası olan kino sahəsində nə kimi dəyişikliklər var? Yeni filmlərə, seriallara dəvət alırsınızmı?

- Seriallara dost-tanışlar dəvət alır. Vallah, aktyorlara pul verməmək üçün yoldan keçənin birini filmə çəkirlər və ya biz peşəkar aktyorlara elə qonorar təkif edirlər ki, adam məbləği yadına salanda utanır. Əgər serial və filmdə təmənnasız çəkildiyimdə sənətimi təbliğ edə biləcəmsə, o zaman heç qonorar da istəmərəm. Təsəvvürünüzə gətirin ki, benzindoldurma məntəqəsində adi bir işçi mənə deyir: "Naibə xanım, mən sizin həmkarınızam, bu yaxınlarda tanış rejissor serialda məni baş rola çəkib". Vallah, bu biz peşəkar artyorlar üçün təhqirdir, mən aktrisa olduğum üçün utanıram. Təbii ki, seriallar da keyfiyyətli çıkilmir, reklam xatirinə yalandan bir-iki tanınmış aktyoru çəkirlər, vəssalam. Hal-hazırda yerli kanallarımızıın birində yayımlanan Elçin Cahangirlinin "Boyunbağı" serialında "qaraçı qadın" obrazını canlandırıram.

- Tamaşaçılar tərəfindən ən çox sevilən obrazınız hansıdır?

- Obrazlarım çoxdur və yer aldığım hər bir rolda tamaşaçı özünə oxşar obraz axtarıb tapmağa çalışır. Misal üçün, 1995-ci ildə Suat Dərvişin "Fosforlu Cevriyyə" əsərinə çəkilmiş televiziya tamaşasında rol aldıqdan sonra mənə çoxlu məktublar gəldi. Qadın təcridxanasında saxlanılan qadınlar mənə öz sevgilərini bildirir və onların həyatlarını yaratdığımı yazırdılar.

- Bir qədər əvvəl "Boyunbağı" serialında qaraçı obrazını yaratdığınızı söylədiniz. Fala baxan qaraçı obrazını o qədər məharətlə canlandırmısınız ki, rejissorlar yenidən sizə bu obrazı həvalə ediblər; hətta sizi tanımayan insan qaraçı olduğunuzu düşünə bilər.

- Bu sözü mənə çoxu deyir. Hətta bir dəfə bir qaraçı yolda məni görüb dedi: "Mən səni televizorda görmüşəm. Sən mənim qohumumsan". Aktrisa istənilən obrazı yaratmağı bacarmalıdır; maska-obrazını kənara atıb, ikinci dünyaya atılmalı, baş qəhrəmanının həyatını yaşamalıdır. Təbii aktyoru hər kəs özünə doğma hesab edəcək.

- Bədii qiraətə yer ayırırsınızmı?

- Şeir vurğunuyam və sevdiyim şeirləri də tamaşaçılar qarşısında söyləməyi sevirəm. Ən çox sevdiyim şeir isə Məmməd Arazın "Ey ilham pərisi" şeiridir. Bəxtiyar Vavabzadənin "Bir salama dəymədi" şeirini dəfələrlə televiziya verilişlərində səsləndirmişəm. Rəhmətlik Yaşar Nuri bir dəfə mənim haqqımda hazırlanan verilişdə dedi: "Mən Naibənin söylədiyi şeiri dinləyəndə ağladım. Onu hamı komediya aktrisası kimi qəbul edir, amma Naibə dramatik obrazı da gözəl yarada bilir".

- Naibə xanım, şəxsi həyatınızla bağlı heç bir yerdə açıqlama verməməyinizin səbəbi nə və ya kimlə bağlıdır?

- Heç nə ilə və ya heç kəslə bağlı deyil. Sadəcə olaraq, kifayət qədər tanınmış insanlarıq, onsuz da göz qabağındayıq. Məşhur insanlar şəxsi həyatlarını gizli saxlamalıdırlar. Hamı bir-birini çox yaxşı tanıyır. Mənə gəlincə isə, onu deyə bilərəm ki, rəfiqələrim, dostlarım çox azdır. İnsanlarla çox ünsiyyət edərək, onları öz dünyama daxil etməkdən qorxuram. Ehtiyat edirəm ki, həmin insanlar saflığımdan istifadə edərək aləmimə baş vurar və sonra da məni rüsvay edər. Mən qızıma da hər zaman deyirəm: "İnsanın ən böyük dostu onun anasıdır. Heç bir ana övladının pis gününü istəməz!"

- Övladınız haqqında qeyd etdiniz. Peşənizi davam etməyini istəmədiniz deyəsən. Bildiyim qədər, tam fərqli ixtsas üzrə ali təhsilini davam etdirir.

- Ona baxmayaraq ki, Məryəm olduqca istedadlı qızdır, qızımın heç vaxt aktrisa və ya müğənni olmasına razı olmamışam. Bizim sənətimiz qəlizdir, kəşməkəşlidir. Ümumiyyətlə, tanınmış insanların övladları çox əziyyət çəkirlər, onlar daim diqqət mərkəzindədirlər; şəxsən mən tanınmış valideynin övladı olmaq istəməzdim.

- Cəlbedici xanımsınız və təbii ki, əks cinsin nümayəndələri sizə qarşı biganə deyil. Elə isə niyə tənhasınız?

- Təbii ki, istəməzdim tənha qalam. Tanrı insanları cüt yaradıb. Tənhalıq insanlar üçün bir dərddir və xilas yalnız sevgidədir. Biz müəyyən yaş dövründə olsaq da, məhəbbət ürəyimizdən silinmir; hətta yaşlı insanların belə sevgiyə, məhəbbətə ehtiyacı var.

- Evinizdə çox əzizlədiyiniz pikinets cinsinə məxsus it görürəm. Deyəsən heyvanlara xüsusi sevginiz var.

- Hə, onlar bəzi vəfasız insanlardan daha sədaqətlidirlər. Mikki də ailəmizdə sevimli canlıdır. Onu çox sevirəm və düşünürəm ki, sevgimizə, qayğımıza ehtiyacı var. Ümumiyyətlə, heyvanlara yazığım gəlir. Onlar insana bəzi dırnaqarası dostlardan daha sadiq olurlar - Mikki kimi.

- Gündə üç tamaşa təhvil verən aktrisa üçün ev işləri görmək çətin olmur ki?

- Əlbəttə olur. Amma, inanın ki, ev işlərimi çatdırıram, qızım da kömək edir. Qonşularımdan soruşurlar ki, bu Naibə xanım axşama qədər o kanalda, bu tamaşada, o toyda, bu xınayaxdıdadır; bəs o evdə iş görmür? Qonşularım da cavab verirlər ki: "Vallah, bütün işlərini çatdırır. Qonşu olduğumuz üşün şahidik!"

- Xınayaxdılara dəvət aldığınızı eşitmişdim. Toy məclislərinə dəvət alarkən hansı məbləğlə kifayətlənirsiniz?

- Əslində, bu bir biznes sirridir. Amma onu da deyim ki, razılaşmamız dəvət edən ev yiyəsi ilə danışıqlarımızdan asılıdır. Elə insanlar olur ki, imkanları az olur, mən onları pərt etmirəm və dəvətlərini qəbul edirəm. Hətta bir dəfə bir qız mənə zəng edib öz xınayaxdısına dəvət etdi. Sən demə, qızın rəhmətə gedən anasının əhdi olub ki, mən onun qızının xeyir işində iştirak edim. Məclisdə qız məni qucaqlayaraq: "Sağ olun, mənə ana əvəzi oldunuz, mənəviyyatınızı maddiyyatdan üstün tutdunuz", - dedi. Onu da qeyd edim ki, belə hadisələrlə tez-tez qarşılaşıram.

- Naibə xanım, canlanıdırmadığınız hansı obrazı oynamaq istərdiniz?

- İnandırım sizi ki, mən hələ istədiyim obrazı yarada bilməmişəm. Hələ də axtarışdayam. İstəyirəm tam fərqli, tam öz dünyama yaxın yeni bir obraz yaradım. İnşaallah, istədiyim obrazı təcrübəli və peşəkar rejissorların dəvəti ilə canlandıraram və siz o zaman "yeni" Naibə Allahverdiyevanı tanıyarsınız.

Tarix
2014.12.06 / 08:45
Müəllif
Aynur Nurlu
Şərhlər
loading...
Digər xəbərlər

Leyla Əliyeva bacısını təbrik etdi – Foto

Orfoqrafiya lüğətinə də alternativ olar?..

Zabit Səmədovla görüş keçirildi - Foto

Həbsdə olan azərbaycanlı müğənni: Bura... - Video

Böyükağa Məmmədov vəfat etdi

Tanrı duamızı qəbul etmədi... - Video

Mehriban Əliyevadan borş, kotlet... - Fotolar

Tarixçi əsəbiləşdi: O professor ağlını itirib...

Milyonların sevimlisi dəfn edildi - Foto

Bu ölkədən Fransaya tələb: Kəllə sümüklərimizi verin!

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla