Yuxarı

Ölkəmiz beynəlxalq kitab sərgisində

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkə nəşriyyatlarının nümayəndələri Türkiyə Respublikasının İstanbul şəhərində keçiriləcək beynəlxalq kitab sərgisində iştirak edəcəklər.

Axar.az xəbər verir ki, nazirlik hər il olduğu kimi bu il də sərgidə xüsusi ekspozisiya ilə təmsil olunur. Cari ildə də nazirliyin iştirakı ilə əlaqədar olaraq 50 kv.m. sahə icarəyə götürülüb.

Tədbirdə ölkəmizin zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nümayəndə heyəti iştirak edəcək. Sərgi günlərində nazirlik tərəfindən nəşr edilən kitabların təqdimatı və imza mərasimlərinin keçirilməsi də planlaşdırılır.

Xatırladaq ki, İstanbulda keçiriləcək beynəlxalq kitab sərgisi noyabrın 7-dən 15-nə qədər davam edəcək. 34 il müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı Amerika, Kanada, Yaponiya, Çin, Koreya, Səudiyyə Ərəbistanı, Hindistan və s.-dən 500-ə yaxın təşkilat iştirak edir.

Tarix
2015.11.03 / 19:04
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla