Yuxarı

Putin hakimiyyətdən gedir Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin hakimiyyətdən gedir

Rusiyada prezident dəyişikliyi ola bilər.

Axar.az xəbər verir ki, bunu "Moskovski Komsomoleç" qəzetinə müsahibəsində rusiyalı politoloq Valeri Solovey söyləyib. Onun sözlərinə görə, bu ilin dekabrında bu məsələyə tam aydınlıq gətiriləcək:

"Putinin nəsə problemləri var. 2017-ci ildə o bir neçə ay ictimaiyyət arasında ya görünməyəcək, ya da nadir hallarda ortaya çıxacaq. Gələn ilin yazında vaxtında əvvəl prezident seçkisi keçiriləcək və Putinin yerinə xələfi keçəcək. Bu seçki çox önəmlidir, çünki 2018-ci ildə hər şey daha pis olacaq. Putin artıq əmindir ki, onun hakimiyyəti zamanında Qərblə münasibətlərdə qəti dəyişikliklər olmayacaq. Xələfə gəlincə isə Putinin yerinə yenidən Dmitri Medvedyev gətirilə bilər. Onu hazırda bu vəzifəyə hazırlayırlar. Lakin Medvedyevin prezident seçilməsinə qarşı militaristlər qarşı çıxırlar. Digər namizəd isə xüsusi xidmət orqanlarının ürəyincədir. Bu, 2008-ci ildə olduğu kimi yenə də Sergey İvanovdur. O, hələ də öz nüfuzunu itirməyib".

Qeyd edək ki, bu müsahibənin yayımından bir müddət sonra "Moskovski Komsomoleç" yazını saytından silib. Qəzet rəhbərliyi bu addımını yazıda böyük səhvlərin olması ilə əlaqələndirib və onun bərpasının bir neçə gün vaxt alacağını söyləyib. Rusiya mətbuatı isə artıq Soloveyin təcili olaraq Moskvanı tərk etməsi haqqında informasiya yayıb.

Tarix
2016.11.12 / 11:57
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla