"Əgər Rusiya silahlı qüvvələrinin nümayəndələri
Ukraynanı işğal etməyi dayandırsa, Putinin xilas olmaq şansı var.
Yox, əgər, Rusiya öz mövqeyindən əl çəkməsə, o zaman yalnız
qısamüddətli qələbə əldə edəcək. Əks halda Rusiyanın finalı çox pis
olacaq".
Axar.az xəbər verir ki, bu açıqlama ilə gürcü politoloqu Qela
Vasadze çıxış edib.
O Avropanın bundan sonra Qafqazda irimiqyaslı hərbi
əməliyyatların keçirilməsinə imkan verməyəcəyini qeyd edib:
"Rusiya Avropa ölkəsidir. Bu səbəbdən o, Çin və ya Braziliya ilə
birlikdə ola bilməz. Rusiya da Ermənistan və Gürcüstan kimi Avropa
ilə bir olmalıdır. Lakin Putin öz sistemini saxlamaq üçün müqavimət
və buna oxşar problemlər yaradır. Avropa sistemində isə bu qəbul
olunmazdır. Düşünürəm ki, bütün bu hadisələrdən sonra Avropa
Qafqazda irimiqyaslı hərbi əməliyyatların keçirilməsinə imkan
verməyəcək. Qərbin əsas maraqlarından biri bütün tərəflərin
razılığa gəlməsi və səmimi münasibətlərin inkişafıdır".