Yuxarı

Krımda dəhşətli terakt: ölənlərin dəqiq sayı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:36

Krımın Kerç şəhərindəki kolleclərin birində partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayış nəticəsində 10 nəfər ölüb, 50-yə yaxın şəxs isə yaralanıb. Yaralılardan 20-nin vəziyyəti ağır olduğu üçün Birinci şəhər xəstəxanasına yerləşdirilib.

“Partlayış yeməkxanada baş verib. Səbəb aydın deyil, mütəxəssislər araşdırırlar”, - məlumatda bildirilib.

Krımın baş naziri Sergey Aksyonov partlayışla bağlı təcili olaraq Kerçə yollanıb.

***

Kerçdəki kollecdə partlayış naməlum partladıcı qurğu vasitəsilə baş verib.

Bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.

Hadisə yerində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları işləyir.

***

Kerç Politexnik Kollecində partlayışdan öncə atışma olub.

Bu barədə məlumat Teleqramdakı “Mash” kanalında yer alıb.

“Kerç Kollecində girov götürülməsinə cəhd edilib. Bundan sonra orada atışma başlayıb, daha sonra isə partlayış olub. Hazırda hüquq-mühafizə orqanları kollec ərazisində araşdırma aparırlar. 20-25 yaşlarında olan oğlan axtarılır. Cinayətkarda 12 millimetrlik silahla bərabər, partlayıcı qurğu da olub”, – deyə kanalda məlumat yerləşdirilib.

Sosial şəbəkədə həmçinin cinayətkarın partlayışdan öncə kabinetlərə daxil olaraq, tələbələrə atəş açdığı vurğulanıb.

***

Kerçdəki Politexnik Kollecində baş verən partlayışla bağlı əraziyə zirehli transportyorlar (BTR) yeridilib.

Bu arada Teleqramdakı “Mash” kanalı partlayışda günahlandırılan şübhəli şəxsin fotosunu yayıb.

***

Krım rəhbəri Sergey Aksyonov Politexnik Kollecində baş verən partlayış nəticəsində həlak olanların ailə üzvləri və yaxınlarına başsağlığı verib.

Aksyonov həmçinin faciə ilə əlaqədar Krımda sabahdan etibarən üç günlük matəm elan olunacağını bildirib.

***

Kerç Kollecində baş verən terakt nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Bu barədə informasiyanı Rusiya İstintaq Komitəsi yayıb. Komitə yaralıların 50 nəfər olduğunu və bunların böyük hissəsini yeniyetmələrin təşkil etdiyini vurğulayıb.

***

Bunun cinayət olduğu artıq məlumdur. Krımın Kerç bölgəsindəki hadisənin motivləri araşdırılır.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Kerçdəki Politexnik Kollecində baş verən terrorla bağlı açıqlamasında deyib.

“Partlayış nəticəsində bir çox insan ölüb, bir çoxu yaralanıb. Ölənlərin yaxınlarına başsağlığı vermək və yaralıların tezliklə sağalmasına ümid etdiyimi bildirmək istəyirəm. Bunun üçün hər şeyi edəcəyik. İctimaiyyət bu barədə ətraflı məlumatlandırılacaq”, - Putin bildirib.

***

Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 19-a yüksəlib.

***

Partlayış nəticəsində 19 nəfər ölüb, 37-si xəsarət alıb.

Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Tarix
2018.10.17 / 21:11
Müəllif
Orxan, İlkin
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla