Yuxarı

Prezidentin təltif etdiyi Qurbanov danışdı

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənə göstərilən yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Diasporumuzun Azərbaycan dövləti ilə birgə fəaliyyəti ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə əlaqədardır. Ulu Öndərin bu siyasəti dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.

Kult.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar Rəssam” adına layiq görülmüş Ukraynada yaşayan azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov söyləyib.

S.Qurbanov bildirib ki, bu gün Azərbaycan dövləti düşünülmüş strategiyaya əsaslanan vahid bir xətt üzrə idarə olunur. “Xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi, onların işinin koordinasiya olunması dövlət siyasətinin tərkib hissəsidir. Bu gün istər xarici ölkələrdə yaşayan, istərsə də Azərbaycandakı soydaşlarımızın qarşısında dəqiq müəyyən edilmiş vəzifələr var. Biz də bu vəzifələri layiqincə yerinə yetirməyə hazırıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, S.Qurbanov 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub, Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri, Xarkov vilayətinin fəxri vətəndaşıdır, Azərbaycanın və xarici ölkələrin çoxsaylı mükafatlarına, o cümlədən “Tərəqqi” medalına layiq görülüb.

Tarix
2017.12.28 / 23:53
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla