Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2018


İsveçli qadının Bakı sevgisi - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış isveçli bloqer qadın, turistlər üçün “Ladies Abroad” internet-jurnalının təsisçilərindən biri olan Lena Löfblad Azərbaycan, Gürcüstan və Ermənistan paytaxtlarında olub və bu şəhərlər arasında Bakıya xüsusi üstünlük verib.

Axar.az xəbər verir ki, Lena Löfblad həmin jurnalın səhifələrində hər üç ölkənin paytaxtının görməli yerləri, mədəniyyəti, tarixi abidələri və milli mətbəxi barədə söhbət açıb.

Müəllif Azərbaycan paytaxtı haqqında söhbət açaraq qeyd edir ki, Bakı tarixi qala divarı ilə əhatə olunmuş böyük şəhərdir. L.Löfblad yazır: “Köhnə şəhərin lap yaxınlığında modern üslublu gözəl binaları və enli küçələrı ilə fərqlənən yeni rayon yerləşir. Bakıda neft satışından əldə edilən pullar şəhərin simasını müasirləşdirməyə xərclənir, hər bir yeni bina əvvəlki ilə müqayisədə daha müasirdir”.

Materialda daha sonra şəhərdə ucalan Alov qüllələri, nəhəng gül şəklində layihələşdirilmiş yeni ticarət mərkəzi tikintisi barədə söhbət açılır. Bloqer xanım Azərbaycan mətbəxi barədə təəssüratlarını bölüşərək onun Türkiyə mətbəxi ilə oxşar olmasını qeyd edir. Müəllif yazır: “Azərbaycan mətbəxinin bütün yeməkləri bir-birindən dadlıdır”.

Lena Löfblad Ermənistan paytaxtı haqqında söhbətində bu şəhərin tarixi mərkəzinin olmamasını qeyd edib. Bloqer xanım yaxınlığındakı dağlara və kilsələrə ekskursiyalar təşkil olunmasına diqqəti cəlb edərək, Yerevanda görməli yerlərin olmamasına təəssüfləndiyini bildirir.

Cənubi Qafqaza səyahəti barədə söhbətinin sonunda bloqer xanım hər üç paytaxt şəhərini sevdiyini, lakin qədim Şərq üslubu ilə müasirliyin təzad təşkil etdiyi Bakıya heyran olduğunu qeyd edir. Onun fikrincə, “bu üç paytaxt şəhərindən ən müasiri Bakıdır və onun yeni Dubaya çevrilməsi üçün hər cür şərait var”.

Tarix
2017.12.30 / 19:39
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Prezidentin təltif etdiyi Qurbanov danışdı

Leyla Əliyeva Ömər Eldarov üçün tort kəsdi - Foto

Leyla Əliyeva “Red Bull Illume” fotosərgisinin açılışında - Foto

Da Vinçinin tablosuna 450 milyon verən şəxs bilindi

İpək yoluna aid tarixi xəritə muzeyə qaytarıldı

Bakı, 19-cu əsr: unikal görüntülər Reimsdə - Foto

Hitlerin çəkdiyi rəsm əsəri 75 sentə satıldı

Da Vinçinin “60 dollarlıq” əsəri 450 milyona satıldı

“Kapital Bank” metroda fotosərgi təşkil etdi

Leonardo Da Vinçinin bu əsərinin sirri ortaya çıxdı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla