Yuxarı

Apteklərdə lisenziyasız dərmanlar satılır – Diqqət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Apteklərdə lisenziyasız dərmanlar satılır – Diqqət

Vətəndaşları diqqətli olmağa çağırıram. Qida əlavələri apteklərdə dərman adıyla satılır.

Axar.az xəbər verir ki, bununla bağlı Azad İstehlakçılar İctimai Birliyinin (İB) sədri Eyyub Hüseynov məlumat verib.

İB sədri bildirib ki, dərmanlarla bağlı olan şikayətlərə görə Səhiyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə rəsmi müraciətlər göndərilib.

E.Hüseynovun paylaşdığı şikayət məktubunda qeyd edilib:

“Konon” aptekdən 32.85 AZN ödəyərək həkimin şifahi tapşırığına əsasən, 1 qutu “Depomin effervescent” aldım. İçlikdə göstərilən qaydaya uyğun olaraq 1 ədəd içdim. Mədəmdə ciddi narahatlıqlar hiss etdim. Bu səbəbdən daha sonra dərmanın 2/1 hissəsini içdim. Bu dəfə mədəmdə şiddətli ağrı tutdu, getdikcə ağrı artdı. 1 saat sonra qusdum. Yenə də yaxşılaşmadım. Təcili yardım gəldi. Mənə 3 iynə vuruldu. 4 gün müddətində özümü pis hiss etdim, yemək yeyə bilmədim. Dərmanı kassa qəbzi ilə birlikdə geri qaytarmaq istəsək də aptekdən razılaşmadılar və dərman geri götürülmədi”.

Qaytarılmayan dərmanla bağlı şikayətçi özü internet üzərindən axtarış aparıb və maraqlı məqamlarla qarşılaşıb. Məlum olub ki, qəbul etdiyi dərman yox, qida əlavəsidir:

“Dərman qutusuna diqqətlə baxdım. Ştrix kod yapışdırılmayıb, 997 prefiksi heç bir ölkəni əks etdirmirdi. İçlik yalnız Azərbaycan dilində idi. Səhiyyə Nazirliyi ilə əlaqə saxladım və məlum oldu ki, bu dərman qeydiyyata alınmayıb. Yerli distribütorun heç bir rekviziti yoxdur. Daha sonra karantin müfəttişliyindən sorğu etdim. Məlum oldu ki, bu dərman deyil, qida əlavəsidir.

Preparatın nə içliyində, nə də etiketində qida əlavəsi olması barədə heç bir məlumat yoxdur”.

Şikayətçi dərmanın ekspertizasının keçirilməsini və ödədiyi 32.85 manatın qaytarılmasını tələb edib.

E.Hüseynov son vaxtlar artan bu tip şikayətlərə əsasən, vətəndaşlara dərman alarkən diqqətli olmağı məsləhət görüb.

Tarix
2017.08.15 / 16:26
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Rusiya Azərbaycana birgə hərbi təlim keçirməyi təklif etdi

Azərbaycan və Oman 200 milyon dollarlıq fond yaratdı

TDT geosiyasi mərkəz statusuna yüksəlir

Azərbaycan, İran və Rusiya komandanları görüşdü

TDT dövlətləri birlikdə peyk istehsal edəcək

Prezident Qordan Yandrokoviçi qəbul etdi - Foto

Əliyev gözəl və əhəmiyyətli gediş etdi - Solonnikov

Rusiyada qeyri-adi fitva: Azərbaycanı hədəf aldılar

Əliyevin Putinə təbrik zəngi... - Naumov

Əliyevin Putinə zəngi Rusiyada rezonans doğurdu – Niyə?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla