Yuxarı

İlham Əliyev 5 sərəncam, 6 fərman imzaladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:01

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çingiz Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Çingiz Aşralı oğlu Qənizadə “Şöhrət” ordeni ilə təltif edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xızrı Şıxsəidovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Xızrı İsayeviç Şıxsəidov “Dostluq” ordeni ilə təltif edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Əliyev Rafiq Hacıbaba oğlu

Nəsirov Rafiq Əliş oğlu.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

18:34

Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

Xalq artisti

Mirqasımova Ayan Oqtay qızı

Əməkdar mədəniyyət işçisi

Allahverdiyeva Afaq Murtuz qızı

Azməmmədov Nadir Mirzə oğlu

Bağırov Tahir Məmməd oğlu

Əsgərov Müzəffər Rza oğlu

Kazımov Tahir Şirin oğlu

Kərimov Arif Cahangir oğlu

Kutiyev Abdulnəsir Hacı oğlu

Mehdiyev Nadir Hüseyn oğlu

Məmmədov Kamil İmaməli oğlu

Süleymanov Badavi Süleyman oğlu

Vəliyev Sabir Əli oğlu.

***

İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda vurğulanır: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 384; 2003, № 10, maddə 582; 2007, № 2, maddə 87, № 6, maddə 601, № 8, maddə 769; 2008, № 8, maddə 719; 2010, № 10, maddə 848; 2011, № 4, maddə 290; 2012, № 10, maddə 953; 2013, № 11, maddə 1334; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 10, maddə 1209; 2016, № 8, maddə 1384) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin və ikinci – onuncu abzaslar müvafiq olaraq üçüncü – on birinci abzaslar hesab edilsin:

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün texniki şərtlərin verilməsinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər hallarda isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”.

2. Üçüncü abzasda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində,” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 67, № 9, maddə 1462; 2017, № 1, maddə 65) ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 5-1-ci hissəsində “ərizələrə bu Qaydanın 5-ci hissəsində nəzərdə tutulan sənədlərlə yanaşı,” sözləri “Nazirlik tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.2-ci və 19.7-ci maddələrinə uyğun olaraq “bir pəncərə” prinsipi əsasında” sözləri ilə, “əlavə olunur” sözləri isə “alınır” sözü ilə əvəz edilsin.

20:14

İlham Əliyev “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 755-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş məsuliyyətin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. metro stansiyalarında və metro qatarlarında reklam daşıyıcılarının və reklamın yerləşdirilməsi qaydasının müəyyən edilməsi üçün “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-1-ci maddəsinə uyğun olaraq, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-1-ci maddəsinə uyğun olaraq, açıq məkanda reklam yerləşdirilməsinə verilən icazənin və reklama dair texniki şərtlər pasportunun formasını, həmçinin icazə müqaviləsinin formasını və bağlanma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

1.6. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı həmin əmlakın mülkiyyətçisi ilə (və ya onun barəsində sərəncam vermək hüququ olan şəxslə) müqavilə bağlanması və müvafiq məbləğin hesablanması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

1.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 822; 2016, № 8, maddə 1384, № 11, maddə 1821, № 12, maddə 2062) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1.8-ci yarımbənddən “və 26.2-ci maddəsinin dördüncü cümləsinə” sözləri çıxarılsın;

2.2. 1.1.10-cu, 1.1.11-ci yarımbəndlər və 1.2-ci bənd ləğv edilsin;

2.3. 2.1-ci bənddə “20.8-ci maddəsində” sözləri “6.1.8-ci, 20.8-ci maddələrində, 26.1-ci maddəsinin ikinci cümləsində, 26.2-ci maddəsinin birinci və dördüncü cümlələrində, 26.2-1-ci maddəsində (açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydasına münasibətdə), 26.3-cü, 34.2-ci və 37.0.3-cü maddələrində ikinci halda” sözləri ilə əvəz edilsin;

2.4. 2.2-ci bənddə “26.2-ci maddəsinin dördüncü cümləsində” sözləri “26.2-1-ci maddəsində (açıq məkanda reklam yerləşdirilməsinə verilən icazənin və reklama dair texniki şərtlər pasportunun formasına, həmçinin icazə müqaviləsinin formasına və bağlanma qaydasına münasibətdə)” sözləri ilə əvəz edilsin, “, 34.4-cü” sözləri çıxarılsın;

2.5. 2.4-cü və 2.8-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.4. həmin Qanunun 6.1.8-ci maddəsində, 26.1-ci maddəsinin ikinci cümləsində, 26.2-ci maddəsinin birinci və dördüncü cümlələrində, 34.2-ci və 37.0.3-cü maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;”;

“2.8. həmin Qanunun 26.3-cü maddəsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir, “qurum” dedikdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;”;

2.6. 2.5-ci bəndə “maddələrində” sözündən sonra “birinci halda” sözləri əlavə edilsin.

3. Müəyyən edilsin ki:

3.1. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 3-cü maddəsində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Fərmanın 2-ci və 3-cü hissələri 2017-ci il avqustun 1-dən qüvvəyə minir.

20:48

Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar aşağıdakı kimidir:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 756-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında;

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında;

Tarix
2017.07.31 / 20:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla