Yuxarı

İlham Əliyev Qaxda açılış mərasimlərində - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Qax rayonuna səfərə gəlib.

Axar.az xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirildi ki, son illər rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Rayonda bir çox sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb.

***

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib.

Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.

Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, rayonun Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən 7 kilometrlik giriş yolları ilə bərabər avtomobil yolunun ümumi uzunluğu 23,5 kilometrdir. Əvvəllər torpaq-çınqıl örtüklü olan iki hərəkət zolaqlı avtomobil yolu hazırda asfalt-beton örtüklüdür. Layihəyə uyğun olaraq, yol genişləndirilərək 10 metr enində yeni yol yatağı inşa edilib. Yenidənqurma işləri zamanı Fıstıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən yolların üzərində yeni körpülər də inşa olunub. Körpülərin uzunluğu 9, 5 və 24 metr təşkil edir. Hər iki körpünün eni isə 11 metrdir. Bundan başqa, yolboyu 102 metr uzunluğunda müxtəlif diametrli 9 suötürücü dəmir-beton borular quraşdırılıb. Layihə çərçivəsində yol boyunca 468 təhlükəsizlik dirəyi, 166 müxtəlif yol nişanı və 16 məlumatverici lövhə quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Prezident İlham Əliyevin 2016-cı il 22 avqust tarixli Sərəncamına əsasən inşa edilən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yolun yenidən qurulması ilə bu ərazidə yük və sərnişin daşınması xeyli yaxşılaşıb, yetişdirilən məhsulların rayon mərkəzlərinə rahat daşınmasına imkan yaranıb. Bu, kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradır.

Bu avtomobil yolu Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan kəndlərarası 40 avtomobil yolu layihəsindən biridir.

Dövlət başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Lələpaşa kəndinin sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına təsərrüfat barədə ətraflı məlumat verilib.

Bildirilib ki, 3,4 hektar sahədə salınan bağda 130 fındıq ağacı var. Böyük məhsuldarlığın gözlənildiyi təsərrüfatda bu il 2 tondan çox məhsulun yığılması planlaşdırılır.

Qeyd olunub ki, Qax rayonunda fındıqçılığın tarixi ənənələri var. Əhalinin böyük hissəsi bu təsərrüfatlarda çalışır. Son illər təkcə Tasmalı inzibati ərazi dairəsində 800 hektara yaxın sahədə fındıq bağları salınıb. Lələpaşa kəndində isə 150 hektar sahədə fındıq yetişdirilir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışında iştirak edib.

Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.

Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin əsaslı şəkildə yenidən qurulması uğurla və yüksək keyfiyyətlə aparılıb. Layihənin başlanğıcı Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri, yəni, Qax şəhərinin girişi, sonu isə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. Uzunluğu 29, 8 kilometr olan yolun 8,6 kilometrlik hissəsində tikinti işləri tam yekunlaşdırılıb.

Diqqətə çatdırılıb ki, iki hərəkət zolaqlı yolda qazma və dolğu işləri, yeni yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfalt döşənməsi işləri görülüb. Yol üzərində suötürücü borular tikilib, beton kanal və drenaj işləri görülüb, rabitə və su xətlərinin yerinin dəyişdirilməsi də yekunlaşdırılıb. Yol üzərində biraşırımlı dəmir-beton körpü və Süzgəncçay üzərində uzunluğu 46 metr olan ikiaşırımlı dəmir-beton körpü inşa edilib, dəmir-beton suötürücü boruların da quraşdırılması başa çatdırılıb. Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisi layihəsi çərçivəsində 5 yeni körpünün inşası, bir körpünün əsaslı təmiri, suötürücü boruların quraşdırılması nəzərdə tutulub.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

18:23

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaxda inşa olunmuş 180 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, uşaq bağçasının inşasına 2014-cü ilin iyulunda başlanılıb. Tikinti işləri ötən ay başa çatdırılıb. Ərazisi 2124 kvadratmetr olan bina üçmərtəbəlidir. Müxtəlif yaş qruplarının fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dərs otaqlarının hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Yataq otaqları uşaqların zövqünə uyğun qurulub. Bundan əlavə, idman zalı və yeməkxanada da yüksək şərait var.

Qeyd edək ki, Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.

Körpələr evi-uşaq bağçasının həyətində balacaların istirahəti üçün meydançalar salınıb və attraksionlar quraşdırılıb.

***

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonunda 110/35/10 kV-luq yeni elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib.

Axar.az xəbər verir ki, yarımstansiya barədə dövlətimizin başçısına məlumat verən “Azərışıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev bildirdi ki, “Azərışıq” tərəfindən regionlarda yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi əhalinin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm nailiyyətlərin əldə olunmasına geniş imkanlar açıb. Bu işlər Qax Elektrik Şəbəkəsinin xidməti ərazindəki yarımstansiyaları da əhatə edib və bütövlükdə rayonda genişmiqyaslı tədbirlər həyata keçirilib. İstehlakçıların elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün şəhərin Qaxbaş adlanan hissəsində və İlisu kəndində yenidənqurma işləri aparılır. Bu istiqamətdə yeni müasir tipli komplekt transformator məntəqələri quraşdırılıb, 10 və 0,4 kV-luq şəbəkə yenidən qurulur. Həmçinin Qax şəhərinin Qaxbaşla yanaşı, Beynəlmiləl adlanan ərazisində 15 ədəd 10/0,4 kV-luq transformator məntəqəsinin 10-0,4 kV-luq şəbəkəsinin yenidənqurma işləri tamamlanmaq üzrədir. Həmin ərazidə 10 kV-luq İlisu, Qaxbaş, Beynəlmiləl hava xətlərində dayaqlar basdırılıb, naqillər və kabellər çəkilib. Rayonun İlisu, Güllük, Qorağan, I və II Şəhər, Qıpcaq, Qaxbaş, Qaşqaçay, Asfaltzavod, Tasmalı hava xətləri yenidən qurulub, müasir komplekt transformator məntəqələri quraşdırılıb, 0,4 kV-luq şəbəkə yenilənərək müasir kabellərlə əvəzlənib. Ümumilikdə son iki ildə Qax Elektrik Şəbəkəsinin xidməti ərazisində bir çox hava xətləri dəyişdirilib, köhnə tipli transformator məntəqələri 26 yeni komplekt transformator məntəqələri ilə əvəzlənib. Qax Elektrik Şəbəkəsində 2500-dən çox istismara yararsız sayğac dəyişdirilib, 926 yeni sayğac quraşdırılıb.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Diqqətə çatdırıldı ki, Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yenidən qurulması vacib olan əsas bölgələrdən biri Qax rayonu idi. Belə ki, ümumilikdə 15 min 402 abonentə və bununla da 56 min insana xidmət edən Qax Elektrik Şəbəkəsinin təchizatı 110/35/10 kV-luq “Şıxlar” yarımstansiyasından çıxan bir dövrəli 35 kV-luq Qax hava xəttinin qidalandırdığı 35/10 kV-luq “Qax” yarımstansiyasındakı iki 6,3 MVA gücündə transformatorla təmin edilirdi. Rayonun elektrik enerjisi təchizatını yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməsi zərurətə çevrilmişdi. Ona görə də “Azərişıq” ASC ortaya çıxan problemləri aradan qaldırmaq, güc defisitini minimuma endirmək və istehlakçıları fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə yeni 110/35/10 kV-luq, iki 40 MVA gücündə “Qax” yarımstansiyasının tikintisinə start verib. Yeni yarımstansiyanın qidalandırılması məqsədilə 110/35/10 kV-luq "Şıxlar" yarımstansiyasının 110 kV-luq açıq paylayıcı quruluşunda yenidənqurma işləri aparılıb və iki 110 kV-luq yuva quraşdırılaraq həmin yuvalardan 110/35/10 kV-luq “Qax” yarımstansiyasına 12 kilometr uzunluğunda iki dövrəli hava xətt çəkilib. Paralel olaraq, yeni “Qax” yarımstansiyasında 110, 35 və 10 kV-luq açıq və qapalı paylayıcı qurğular inşa edilib. Bu yarımstansiyada 39/10 kV-luq, 16/35 kV-luq yuva, elektron tipli rele mühafizə və avtomatika sistemləri, məsafədən idarə olunmaq üçün SCADA dispetçer sisteminə qoşulmasına lazım olan avadanlıq quraşdırılıb.

Qeyd olundu ki, “Qax” yarımstansiyası rayonun 9 mindən çox abonentini elektrik enerjisi ilə təmin edir. Yeni yarımstansiyanın istifadəyə verilməsi Qax əhalisi ilə yanaşı, mövcud və perspektivdə nəzərdə tutulan iqtisadi, sosial obyektlərin, ələlxüsus turizm sahəsinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsinə yönəlmiş çox önəmli hadisədir. Qax rayonunda turizm, kənd təsərrüfatı, iqtisadi və sosial obyektlərin inkişafını nəzərə alaraq, görülən işlər təkcə 110 kV-luq “Qax” yarımstansiyası ilə yekunlaşmır. Məhz turizm obyektlərinin enerji təchizatını yaxşılaşdırmaq üçün İlisu kəndi ərazisində yeni iki 10 MVA gücündə 35/10 kV-luq yarımstansiya tikilib. Bundan başqa, fəaliyyətdə olan 35 kV-luq Qax hava xəttindən budaqlanan “Qapıçay” yarımstansiyasının da 110/35/10 kV-luq “Qax” yarımstansiyasından qidalanması nəzərdə tutulur.

Qax, Zaqatala, Balakən, İsmayıllı, Qəbələ, Şəki, Oğuz və Şamaxı rayonlarının cəmləşdiyi “Azərişıq” ASC-nin Şimal-Qərb RETSİ-də 8 rayon üzrə 471 kənd, 54 yaşayış məntəqəsi və 14 qəsəbə var və onlar da ümumilikdə 198 min abonent olmaqla, 690 min əhali elektrik enerjisi ilə təchiz edilir. Bu zonada müasir dörd 110/35/10 kV-luq yarımstansiya tikilib, 35/10 kV-luq yarımstansiyalardan isə üçü istifadəyə verilib, beşində işlər yekunlaşmaq üzrədir. Səkkiz rayon üzrə 7200-dən çox sayğac quraşdırılıb, yeni ofis binaları tikilib, texniki itkilər azalıb, Şimal-Qərb RETSİ üzrə rayonların ümumi qoyuluş gücü 131,5 MVA artırılıb.

Tarix
2017.08.03 / 18:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla