Yuxarı

Biz ümumi köklərimizi xatırlamalıyıq - Macar professor

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi bu dövləti bütün dünyada məşhur edən mədəni rəngarəngliyi və müxtəlifliyi əks etdirir.

Bu fikri AzərTac-a müsahibəsində Macarıstanın Seged Universitetinin professoru Mariya Nemeşlaki səsləndirib. Onun sözlərinə görə, qloballaşma proseslərinin amansız, mənasız müharibələr və humanitar fəlakətlərlə çulğalaşdığı bir əsrdə dini, etnik, irqi dözümlülük “qəsbetmə gücü”nün zəifləməsi və “cazibə qüvvəsi”nin güclənməsi mexanizmi olmalıdır.

Professor M.Nemeşlaki deyib: “Macarıstan ilə Azərbaycanı çoxşaxəli münasibətlər və ümumi keçmiş birləşdirir. Xalqımız uzaq yerlərdən gəlib çıxıb. Həmin yerlərdə o, sizə linqvistik miras qoymuş əcdadlarınızdan biri ilə sadəcə əsrlərboyu qonşu olmayıb, həm də onunla qaynayıb-qarışıb. Biz ümumi köklərimizi xatırlamalıyıq. Ona görə də bizə qohum olan xalqın - azərbaycanlıların çoxəsrlik mədəni müxtəliflik, sülh və tolerantlıq ənənələrinin Azərbaycanda qorunub saxlanılması sahəsində dünyada böyük nailiyyətlər nümayiş etdirməsi bizim üçün xüsusilə xoşdur”.

Azərbaycana “İslam həmrəyliyi ili”ni uğurla keçirməyi diləyən Mariya Nemeşlaki bildirib ki, bu, radikalizm və terrorçuluğa yaxşı cavab olardı.

Tarix
2017.01.13 / 20:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı: İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla