Yuxarı

Çaylarda durum necədir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər keçən dəyişkən, rayonlarda qarla müşayiət olunan hava şəraitindən sonra respublikanın çay və transsərhəd çaylarında mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-180, Kiçik Qafqazın çaylarında 190-220, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-120 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, ötən gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 107 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 172 m3/s olmaqla ongünlük normanın 93 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 100 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 86 m3/s təşkil edərək ongünlük normanın 106 faizini təşkil etmişdir.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, ötən gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 37, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 40 sm artım, Bankə məntəqəsində isə suyun səviyyəsində 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 508 (2015-ci il noyabrın 25-də 387 sm), Salyanda 311 (2015-ci il noyabrın 25-də 254 sm), Bankədə 237 (2015-ci il noyabrın 25-də 196 sm), Araz çayının Novruzlu məntəqəsində isə 205 sm (2015-ci il noyabrın 25-də 142 sm) təşkil edir.

Tarix
2016.11.26 / 19:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla