Yuxarı

Azərbaycan bu sahədə liderdir - Fanani

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pencak-silat İndoneziyada özünümüdafiə sənəti adlanır. İdmanın digər növləri ilə müqayisədə pencak-silat özündə incəsənəti birləşdirir, həmçinin ilahiyyatı əks etdirir. İdmanın bu növü ilə məşğul olmaq istəyən hər bir kəsdə ilk öncə özünəinam hissi yüksək olmalıdır. Hər bir hərəkətin yerinə yetirilməsində Tanrıya zikr etmək əsas amillərdəndir.

Bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Azərtac-a açıqlamasında deyib.

Səfir bildirib ki, hazırda pencak-silat dünyada geniş yayılıb. İdmanın bu növündə iman və yaradılışla bağlı elementlər çoxdur. Pencak-silat Azərbaycan üçün yeni idman növü deyil. Artıq on ilə yaxındır ki, burada 35-dək peşəkar məşqçi fəaliyyət göstərir. Həmçinin bu növün on minə yaxın izləyicisi var.

“İndoneziyanın bölgələrində pencak-silat bir-birindən fərqlənir. İndoneziya 800 icmaya malikdir. Hər bir icmanın idmanın bu növü üzrə ayrıca xüsusiyyətləri var. Buna səbəb sahilboyu ərazidə və dağlıq zonada yaşayan insanların ilahi vəhdətinin fərqli olmasıdır. İdmanın bu növü Asiyada daha çox tanınsa da, hazırda bütün dünyanı əhatə edir. Kunq-fu Çinin, cüdo Yaponiyanın milli idman növü olduğu kimi, pencak-silat da İndoneziyanın milli ənənələrini əks etdirir”, - deyə Hüsnan Bəy Fanani əlavə edib.

Səfir deyib: “İndoneziya ilə bağlı hər hansı bir tədbir olduqda biz pencak-silatın təbliği ilə məşğul oluruq. Azərbaycan rəsmiləri ilə görüşüm zamanı idmanın bu növünün Azərbaycan-İndoneziya dostluğunun bir hissəsi olduğunu xatrıladıram. Son illər Azərbaycanda idmanın bu növünün inkişafı məni sevindirir. Pencak-silatın cari il Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarının proqramına salınması ilə bağlı istəyimi bildirmişəm. Bununla bağlı cavab gözləyirəm. Hətta bu istiqamətdə Azərbaycan və İndoneziya Milli Olimpiya komitələri arasında əlaqə yaratmaqda da rol oynamışam. İdmanın bu növünün inkişafına görə Azərbaycan Avropada birinci yerdədir”.

III İslam Həmrəyliyi Oyunlarının İndoneziyanın Palembanq şəhərində təşkil olunduğunu diqqətə çatdıran səfir deyib ki, İndoneziya Milli Olimpiya Komitəsinin nümayəndələri iki dəfə Azərbaycanda səfər olublar. Artıq İndoneziyanın İslam Həmrəyliyi Oyunlarının təşkili sahəsində təcrübəsi var. Görüşlər zamanı müzakirələr aparılıb, indoneziyalı mütəxəssislər təkliflərlə çıxış ediblər. Növbəti belə səfər fevralda təşkil olunacaq.

“Azərbaycan öz inkişafını dünyaya nümayiş etdirmək əzmində olan ölkədir. Son illər Azərbaycan böyük uğurlara imza atıb. 2015-ci ildə ilk Avropa Oyunları, ötən il Formula-1 Avropa Qran-prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunub. Qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılıblar. İndoneziyalı qonaqların da Azərbaycan haqqında fikirləri müsbətdir”, - deyə səfir diqqətə çatdırıb.

Tarix
2017.01.17 / 21:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla