Yuxarı

Palata Quba İcra hakimiyyətində nöqsanlar aşkarladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Palata Quba İcra hakimiyyətində nöqsanlar aşkarladı

Quba Rayon İcra Hakimiyyəti (RİH) üzrə vəsaitlərin uçotu və maliyyə hesabatlarının tərtibi zamanı qüvvədə olan təlimatın tələblərinə əməl olunmayıb, kapital qoyuluşuna yönəldilən vəsaitlərin isə ümumiyyətlə uçotu aparılmayıb.

Bu barədə Report dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan 2014-2015-ci illərdə Quba RİH-ə ayrılan vəsaitlərdən istifadəyə dair Hesablama Palatasının apardığı auditin nəticələrinə istinadən xəbər verir.

Audit 2014-2015-ci illərdə Quba RİH tərəfindən Afurca kənd 120 və Qımılqışlaq kənd 220 şagird yerlik tam orta məktəblərinin tikintisi, Quba rayonu Rustov-Xanəgah-Gürdah, Rustov-Nöydün-Şuduq, Rustov- Məcgəxacə, Rustov-Bağçəli-Yekdar avtomobil yollarının tikintisinə istifadə olunan ümumilikdə 19710,4 min manat vəsaiti əhatə edib.

Müəyyən edilib ki, Quba RİH “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl etməyib. Belə ki, layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb, qüvvədə olan qaydaların tələblərinə əməl edilməyərək Afurca kənd 120 şagird yerlik tam orta məktəbinin tikintisində akt zalının, fizika kimya laboratoriyalarının, kitabxananın, Qımılqışlaq kənd 220 şagird yerlik ümumi orta məktəbinin tikintisində isə idman zalının, fizika və kimya laboratoriyalarının, akt zalının və kitabxananın sahəsi təsdiq olunan normalardan az layihələndirilib.

Afurca kənd 120 və Qımılqışlaq kənd 220 şagird yerlik məktəblərinin tikintisi başa çatdırılıb 2014-cü ilin sentyabr ayından istifadə olunmasına baxmayaraq mövcud qaydaların tələbinə uyğun istismara qəbulu və çəkilən məsrəflərin müvafiq qaydada uçota alınması təmin edilməyib, obyektlər üzrə daxili və xarici su, kanalizasiya və istilik xətlərinin quraşdırılması işlərinə sınaq aktları tərtib edilməyib.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Dövlət Proqramları üzrə təsdiq olunmuş Tədbirlər Planındakı Rustov-Xanəgah-Gürdəh, Rustov-Növdün-Şuduq, Rustov-Məcgəxacə, Rustov-Bağçalı-Yekdar yollarının tikintisinin nəzərdə tutulmuş qrafik üzrə başa çatdırılmadığı müəyyən edilib.

Yolların tikintisi zamanı texniki təminat müddəti nəzərə alınmadan son ödəmə həyata keçirilib, istifadə olunmasına baxmayaraq istismara qəbulu təmin edilməyib, dəmir-beton siqnal dirəkləri quraşdırılmayıb, yolun müəyyən hissələrində bərkidilmə işləri yerinə yetirilməyib.

Hesablama Palatasının Kollegiyası Quba RİH tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırılmış nöqsanlar nəzərə alınmaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması barədə qərar qəbul edib, icra edilməsi və görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi üçün Qərarın surəti Quba RİH-ə və “Azəravtoyol” ASC-yə göndərilib.

Azəravtoyol ASC tərəfindən təqdim edilmiş məlumatlara görə, trassanın dəyişdirilməsi, tikinti işlərinin dağ şəraitində yerinə yetirilməsi, asfalt-beton işlərinin qış fəslində aparılması nəzərə alaraq başa çatdırılmamış işlərin dəyəri müəssisədə avans kimi uçota alınıb.

Tarix
2017.01.27 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə görüşdü

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla