Yuxarı

Əsgərin meyitinin verilməməsi işi Avropa Məhkəməsində

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan vətəndaşı Salman Qurbanovun Ermənistan əleyhinə şikayətini araşdırır.

Axar.az Azadlıq radiosuna istinadən xəbər verir ki, bu haqda məhkəmənin saytı məlumat yayıb.

Ərizəçi S.Qurbanov Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin sonunda itkin düşmüş əsgəri Çingiz Qurbanovun atasıdır.

Əsgər Azərbaycan və Ermənistan hərbçilərinin Tovuz rayonu ərazisindəki təmas xəttində itkin düşmüşdü. Sonradan onun həlak olduğu açıqlanmışdı.

Ancaq Ermənistan tərəfi uzun müddət əsgərin meyitini Azərbaycana verməkdən imtina etmişdi. Atası elə buna görə Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmuşdu.

Məhkəməyə göndərilən şikayətdə iddia edilir ki, meyitin geri verilməməsi Konvensiyanın 3-cü (Qeyri-insani rəftar), meyitin adət-ənənəyə uyğun dəfn edilməməsi Konvensiyanın 8-ci (Özəl həyata müdaxilə) maddələrini pozur.

Şikayətdə həmçinin, həlak olmuş əsgərə münasibətdə Konvensiyanın 13-cü (Effektiv müdafiə vasitələri) və 14-cü (Ayrı-seçkilik) maddələrinin pozulduğu iddia olunur.

Avropa İnsan Hüquqları Məhkəməsi şikayətlə bağlı Ermənistan hökumətinə 7 sual göndərib.

Qeyd edək ki, Ç.Qurbanov 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmada həlak olmuşdu. Ancaq onun meyiti bir müddət Ermənistan tərəfində qalmışdı.

Meyitin geri verilməsindən ötrü ATƏT, Avropa Şurası rəsmiləri də işə qarışmışdı.

Ç.Qurbanovun nəşi 2017-ci il fevralın 5-də alınmış, fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilmişdi.

Fevralın 7-də isə İ.Əliyev Ç.Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi barədə sərəncam imzalamışdı. Ölkə başçısı Ç.Qurbanovun ailə üzvləri ilə də görüşmüşdü.

Tarix
2017.02.27 / 16:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı: İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla