Yuxarı

ADU-nun yeni statusu: nələr dəyişdi? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Publik hüquqi şəxs statusu Azərbaycanda təhsilin inkişafına xüsusi təkan verəcək.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. O, Prezident İlham Əliyevin dünən Azərbaycan Dillər Universiteti ilə bağlı imzaladığı sərəncamı şərh edərkən bildirib ki, universitetin publik hüquqi şəxs statusu alması Azərbaycan təhsili üçün uğurlu addımdır:

“Əslində, publik hüquqi şəxs statusu Azərbaycanda yeni olsa da, dünyada çox istifadə olunan modeldir. Publik hüquqi şəxs həm dövlət, həm də özəl xarakter daşıyır. Amma bu, elə bir müəssisədir ki, o, fəaliyyəti dövründə dövlət büdcəsindən maliyyələşmir. Publik hüquqi şəxs mülki hüquq institutudur, yəni öz-özünü Mülki Məcəllənin tələbləri ilə nizamlayır. Belə bir status Azərbaycanın ali təhsil müəssisələrində ilk deyil. Bundan bir müddət əvvəl Qafqaz Universiteti ləğv olundu və onun yerinə universitetlər arasında ilk publik hüquqi şəxs olan Mühəndislər Universiteti yarandı”.

Ekspert bildirib ki, dünya təhsil sistemində publik hüquqi şəxslərin iki formatı var: kommersiya və qeyri-kommersiya:

“Əslində publik hüquqi şəxslər gəlir əldə edə bilməz. Bunların maliyyələşməsi göstərdikləri xidmət ilə həyata keçirilir. Bu, yaxşı bir haldır”.

K.Əsədov bu gün Azərbaycan universitetlərinin dövlət büdcəsindən başqa gəlir yerlərinin olmadığını da vurğulayıb:

“Bu gün Azərbaycanda özəl və dövlət olmaqla 54 ali təhsil müəssəsi var. Özəl universitetləri çıxmaq şərti ilə dövlət universitetlərinin hamısı dövlət büdcəsindən asılı haldadırlar. Yəni dövlət büdcəsindən gələn vəsait ilə əməkdaşlarının əmək haqlarını, komunal və digər xərclərini ödəyirlər. Düzdür, tələbələrin təhsil haqlarından da gəlir əldə edirlər. Yeganə qeyri-mənbədən gələn gəlir də tələbələrin təhsil haqları hesabınadır. Ona görə də universitetlər əlləri ciblərində kef edirlər. Əlavə gəlir əldə etməkdə maraqlı deyillər.

Ancaq indi münasibətlər dəyişib. Yəni siz həqiqətən də var olmaq, ayaqda durmaq istəyirsinizsə, kefiyyətli xidmət göstərin və xidmətdən əldə etdiyiniz vəsait hesabına yaşayın. İndi universitetlər heç bir kənar layihədə iştirak etmirlər, xaricdən tələbə mübadiləsi həyata keçirmirlər. Dünyanın bir çox universitetləri xaricdən gələn tələbələr hesabına əlavə gəlir əldə edirlər. Məsələn, Türkiyədə 284 universitet var və bu universitetlərdə 800 mindən çox xarici tələbə təhsil alır. Bir şəhərdən ibarət olan Sinqapurun 4 tanınmış universitetində 80 min əcnəbi tələbə təhsil alır. Bu göstəricilər Rusiyada 250 min, Amerikada isə 21 milyondur. Bu tələbələrin hər biri gündə 10 dollar xərcləsə, görün nə qədər əlavə vəsait edir. Bizdə isə cəmi 4 min tələbə əcnəbidir”.

Ekspert publik hüquqi şəxs statusunun Azərbaycan universtitetləri arasında rəqabəti artıracağını söyləyib:

“Publik hüquqi şəxsə çevrilən Dillər Universiteti dünyanın fundamental dillərini tədris edir və pedoqoji kadrlar buraxır. Bu universitetdə demək olar ki, xaricdən tələbə oxumur. Ona görə hesab edirəm ki, publik hüquqi şəxsə çevriləndən sora ADU-nun inkişafında xüsusi dönəm başlayacaq. Əlbəttə, bu, bir az narahatlıq yarada bilər ki, universitetlər təhsil haqlarını qaldıracaq. Amma bu narahatlıq o qədər də real deyil. Mən inanıram ki, universitetlərimiz daha çox xidmət göstərməyə meyilli olacaqlar. Əmək bazarının tələblərinə uyğun olaraq təhsilin yuxarı pillələrinə peşəkar kadr hazırlayacaqlar. Bundan sonra universitetlər arasında daha yaxşı və sağlam rəqabət gedəcək. Hesab edirəm ki, bu, bizim universitetlərimizə yeni nəfəs verəcək.

Onu da qeyd edim ki, publik hüquqi şəxs statusuna malik olan universitetlər vəsait əldə etmək üçün düzgün idarəetmə sistemi qura bilməsələr, fəaliyyətini dayandıracaq. Çünki artıq onlar dövlət büdcəsindən maliyyələşməyəcək”.

Qeyd edək ki, dünən Azərbaycan Dillər Universitetinin yenidən təşkili haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Dillər Universiteti bundan sonra publik hüquqi şəxs statusuna malik olacaq.

Tarix
2017.06.17 / 13:21
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla