Yuxarı

Millət vəkili: Nə deyəcəyimi bilmirəm – Direktor əxlaqsızlığı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deyəsən, XXI əsrdə ən ciddi problem əxlaq, mənəviyyat böhranı olacaq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva dünən Xaçmaz rayon Arzu kəndində orta məktəbin 6-cı sinif şagirdinə qarşı direktorun əxlaqsız təklif etməsi məsələsinə münasibət bildirərkən deyib. O bildirib ki, hələ də xəbərin təsirindən özünə gələ bilməyib:

“Səfərdən ötən gün qayıtdığımdan və yeni səfərə hazırlaşdığımdan dolayı və bütün günü görüşlər, tədbirlər, seçicilərlə görüşlərdən xəbərlərə baxmağa zamanım olmamışdı. Açdım xəbərləri oxudum və şoka düşdüm. Nə yazım, heç özüm də bilmirəm. Sadəcə şokdayam. Təhsil Nazirliyinin bu məsələ ilə bağlı atdığı addımları dəstəkləyirik. Ümumiyyətlə təhsil müəssisəsi ilə bağlı bu cür məlumatlar çox üzücüdür və bir çox insana dərs olmalıdır. Təhsil müəsisəsi müqəddəs ocaq kimidir və onun adının qorunması təhsil işçilərinin ən vacib amalı olmalıdır. Övladlarımızı yetişdirmək üçün etibar etdiyimiz insanların əxlaqı isə yüksək səviyyədə olmalıdır”.

Qeyd edək ki, Xaçmaz rayonunda orta məktəbdə 12 yaşlı şagirdə qarşı məktəbin direktorunun əxlaqsız hərəkətlər etdiyi iddia edilmişdi. Bundan sonra rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasov saxlanılaraq rayon prokurorluğuna gətirilib. O, məktəbin 6-cı sinif şagirdinə qarşı etdiyi əxlaqsız hərəkətlərə görə 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb.

Tarix
2017.11.02 / 11:08
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla