Yuxarı

Satdığı evin pulunu oğurladılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Nəsimi rayonu 3-cü Alatava qəsəbəsi, ev 261 "B"də yaşayan Qurban Xəlilov soyğuna məruz qalıb. Hadisə bu il sentyabrın 19-da baş versə də, onun pulunu oğurlayan şəxslər hələ də tapılmayıb.

Hadisənin təfərrüatlarını "Axar.az"a açıqlayan Qurban Xəlilov böyük bir façiə ilə üzləşdiyini vurğulayıb:

"Bacanağım evini satmaq istədi. Sənədləşmə işlərinə vaxtı olmadığı üçün etibarnamə verərək alğı-satqını, sənədləşmə işlərini mənə həvalə elədi. Mən də yaxın qohum kimi təmənnasız olaraq fikirləşdim ki, ona kömək edim. Razılaşdım və işlə məşğul olmağa başladım. Alıcı ilə razılaşandan sonra evin pulunu banka köçürdülər".

Hadisə baş verən gün Q.Xəlilov uzun sürən sənədləşmə prosesini bitirib pulu bacanağına təhvil verməli idi. Lakin soyğunçular buna imkan verməyib. Belə ki, evin pulu Nizami rayonu ərazısındə, "Neftçilər" metrosu yaxınlığında yerləşən "Texnikabank"dakı hesaba köçürülüb. Q.Xəlilov 50 min 966 manat məbləğində pulu bankdan götürüb çıxarkən iki nəfər naməlum şəxs bağlamanı onun əlindən alaraq qaçıb.

Q.Xəlilovun sözlərinə görə, sonradan pulu aparan şəxslərin tapılıb geri alınması üçün Nizami rayon Polis İdarəsinə müraciət edib. Araşdırma zamanı soyğunçuluq hadisəsinin anbaan təhlükəsizlik kameralarında əksini tapması üzə çıxıb. Lakin iki aydan artıqdır davam edən axtarışlar bir nəticə verməyib. Həmin pulu sahibinə ödəməyə heç bir maddi imkanı olmadığıni deyən Q.Xəlilov məsələyə ciddi yanaşılması və hadisəni törədən şəxslərin tapılıb istintaqa cəlb olunması üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinski müraciətə cavab olaraq bildirib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 180.3.2-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rəis əlavə edib ki, müraciət, baxılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib və rəhbərliyə cinayəti törədən şəxslərin tapılması istiqamətində zəruri tədbirlərin gücləndirilməsi tapşırılıb.

Lakin Q.Xəlilov deyir ki, polisin sayğısızlığından bu günədək axtarışlar bir nəticə verməyib.Vətəndaşın narazılığına aydınlıq gətirmək üçün sözügedən cinayət işini araşdıran Nizami RPİ-nin müstəntiqi Abdulla Cəlili ilə əlaqə saxladıq. Cinayəti törədən şəxslərin axtarışlarının davam etdiyini bildirən müstəntiq bu istiqamətdə elə bir yeniliyin olmadığını qeyd edib.

Tarix
2013.11.28 / 16:07
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla