Yuxarı

Şirvan polisi hamının tanıdığı oğruları niyə həbs etmir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 gün öncə Şirvan şəhərində cinayət törədən şəxslər azadlıqda gəzir.

Axar.az-a daxil olan məlumata görə, dekabrın 9-da oğurluq edən şəxslər tutulmayıb. Əvəzində isə cinayətin iştirakçısı olan Vəliyev İsrail Rəhimdil oğlu saxlanılıb.

Tutulan şəxsin yaxınlarının Axar.az-a verdiyi məlumata görə, cinayəti törədənlərin tutulması üçün heç bir tədbir görülmür:

"Bildiyimizə görə, İsrail oğurluq edən şəxslərə soyğunçuluq edilən evi göstərib, amma oğurluqda iştirak etməyib. Düzdür, onun günahı varsa, cəzasını alacaq. Amma iş burasındadır ki, oğurluğu reallaşdıran şəxslər tutulmayıb. Onlar azadlıqdadır. Amma yeri nişan verən şəxs tutulub".

Qohumların sözlərinə görə, rayon müstəntiqi də işə laqeyd yanaşır:

"Müstəntiqin adı Müşfiqdir. Ondan soruşanda ki, bəs cinayətkarlar hanı, onları niyə həbs etməmisiz? Deyir ki, bizim taktikamız belədir. Biz görmüşük ki, birinci cinayəti törədən şəxs tutular, sonra da onları cinayəti törətdikləri yeri nişan verən. Burda isə "nişan verən" tutulub, hətta İsrail oğurluq edənlərin kimliyini də çoxdan deyib, ancaq polis oğruları həbs etmir".

Artıq İsrailin 1 həftədir ki, Şüvəlana göndərildiyini deyən qohumlar cinayətin mediada bir az təhrif olunmuş formada işıqlandırıldığından da şikayətçidir:

"Yazırlar ki, Vəliyev İsrail 8-10 dəfə cinayət törədib. Bu yazılanlar doğru deyil. Bundan başqa, yazırlar ki, 150 manat pul və qızıl əşyalar oğurlanıb. Amma cinayətkarlardan xəbər-ətər yoxdur. Heç biz də dəqiq bilmirik ki, nə oğurlanıb".

Qohumlar həm də iddia edirlər ki, oğurluqda iştirak edən şəxslərin kimliyini az qala rayonda bilməyən yoxdur, amma polis nişan verəni saxlasa da, bir həftədir cinayətkarları ələ keçirmək üçün istintaq hərəkəti apardığını deyir:

"Həmin oğrular rayonda rahat-rahat gəzirlər. Polis hansı istintaq aparır, niyə əsl cinayətkarları həbs etmir?"

İ.Vəliyevin doğmaları bütün cinayət faktının onun boynuna qoyulacağından da narahatdırlar.

Məsələ ilə bağlı Şirvan şəhər Polis İdarəsinin Cinayət Axtarış bölməsinin rəisi Müşfiq Eyvazov ilə əlaqə saxladıq. Eyvazov öncə axtarışda olan cinayətkarların tapılması üçün istintaqın davam etdiyini bildirdi:

"Açıqlama verə bilmərəm. Hadisə araşıdırılır".

Şirvanda hər kəsin az qala barmaqla göstərdiyi sözügedən oğru dəstənin həbs olunmama səbəbini soruşduqda isə müstəntiq əsəbi və qeyri-etik sözlərlə sualdan yayındı.

Xatırladaq ki, sözügedən cinayət dekabrın 9-u Şirvan şəhərində baş verib. Maya Mirzəyevanın yaşadığı evə qapını sındırmaq yolu ilə girən 3 maskalı şəxs onu və qızı Sevinci bıçaqla hədələyiblər, daha sonra evdən qızıl əşyalar götürərək hadisə yerini tərk ediblər.

Şirvan Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisəni törədən şəxslərdən biri, Şirvan sakini 1985-ci il təvəllüdlü İsrail Rəhimdil oğlu Vəliyev tutulub. Cinayətin iştirakçısı olan digər şəxslərin tutulması üçün tədbirlər davam etdirilir.

Tarix
2014.12.18 / 13:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla