Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Yanvar 2018


Rus gəmiləri şəhid meyitlərini Bakıdan necə çıxardılar? - 1990

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

əvvəli burada:

I yazı

II yazı

1990-cı ilin qanlı yanvar hadisələrinin 24-cü ildönümündə o günlərlə bağlı əlimdə olan faktları, apardığım qeydləri bir də nəzərdən keçirirəm. Mülki gəmilərin öz aralarında və hərbiçilərlə apardıqları rabitə danışıqlarının audio-kasetinə qulaq asıram. Onsuz da yaddaşımdan çıxmayan o dəhşətli günləri yenidən yaşayıram.

Yanvarın 24-nə qədər Rus-sovet hərbiçiləri ilə gəmilərimizin arasında hər axşam amansız döyüş getdi. Silahsız olan mülki gəmilər hərbi gəmilərin açıq dənizə çıxmaq istəyininin qarşısını tamamilə kəsmişdi. Onlara bazadan çıxmağa imkan vermirdilər.

Dənizçilərimizə verilən məlumatlarda hərbiçilərin şəhidlərimizin meyitlərini hərbi gəmilərə yükləmələrindən bəhs edilirdi. Bu onların törətdiyi faciənin miqyasını azaltmağa cəhd idi.

Yanvarın 22-si, 23-ü axşam yenə də gəmilərimizə hücumlar oldu.

Başqa yolum yox idi, "taran" tətbiq etdim

Yanvar hadisələri zamanı "Neftqaz-64" gəmisinin kapitanı Rövşən Dəmirov o günləri belə xatırlayır:

"Yanvarın 21-də bizə xəbər gəldi ki, iki hərbi gəmi meyitlərlə doldurulub və dənizə çıxmağa hazırlaşır. Buna yol vermək olmazdı. Qərar qəbul olunmuşdu. Mane olmalıydıq. Maşın şöbəsinə göstəriş verdim ki, mühərrikləri hazırlasınlar. Lövbəri yığıb hərbi gəmilərin çıxacağı istiqamətə yönəldik. Bir neçə dəqiqədən sonra bizim sağ tərəfimizdə, təxminən bir mil məsafədə iki hərbi gəminin hərəkət işıqlarını söndürərək gizlincə buxtadan çıxmağa cəhd etdiyini gördük. Bir az yaxına buraxıb, sonra projektorlardan güclü işıq salaraq onlara işarə verdim ki, dayansınlar. Hərbi gəmilər mənim işarəmə və tələbimə məhəl qoymadan avtomat və pulemyotlardan projektorlara atəş açdılar. Artıq yaxınlaşmışdım onlara. Gəmilər arasındakı məsafə o qədər az idi ki, ağır yük gəmisi ilə manevr etmək mümkün deyildi. Bu vaxt arxadan gələn torpedalı hərbi gəmi bizi atəşə tutdu. Başqa çıxış yolum yox idi. Gəmini qarşıdakı hərbi gəminin üzərinə sürətlə sürdüm. Bizi atəşlə qarşıladılar. Artıq 3 gəminin güllə yağışı altında idik. Silahımız olmadığı üçün "taran" tətbiq edib, hərbi gəmiyə çırpıldım. Yüksək sürəti olan hərbi gəmi manevr edə bildi. Ona görə də onları batıra bilmədim. Lakin ağır zərbə alan hərbi gəmi döyüş mövqeyindən uzaqlaşmağı bacardı. Aramsız atəşlər səngimək bilmirdi. Köməkçiyə əmr verdim ki, bədbəxt hadisələr zamanı, gəmi batarkən işarə verilən işıqları yandırsın. Bundan sonra hərbiçilər mənim gəmimin gövdəsinin deşildiyi qənaətinə gəlib, tez bazaya qayıtdılar".

Yaralı gəmiyə ana sığalı

Yanvarın 22-si səhər tezdən "Neftqaz-64" gəmisi Dəniz vağzalının körpüsünə yan alır. Şəhər sakinləri gəmidəki güllə yaralarına baxaraq dənizçilərimizlə fəxr etdiklərini deyirdilər. Ağbirçək bir ana əzizinin yarasını sığallayırmış kimi əlini gəminin gövdəsindəki güllə yerlərinə çəkir və göz yaşı tökürdü.

Gəmilərimizin müqavimətini silah-sursatla qıra bilməyəcəkləri qənaətinə gələn hərbiçilər hiylə işlətməli oldu. "Sabit Orucov" gəmisi və dənizçilərimizin qərargahı ilə əlaqə saxlayaraq sərhədi qorumaq üçün növbə çəkməyə gedən hərbi gəmilərə yol verilməsini xahiş etdilər. Dənizçilərimiz bir şərtlə razılıq verdi ki, gəmilər tərəfimizdən yoxlanılacaq. Orada sözügedən meyitlər olmasa, açıq dənizə çıxa bilərlər. Sözsüz ki, buna da razılıq verməyən hərbiçilər gecədən keçmiş yenidən hücuma atıldı və yenidən müqavimətlə qarşılaşdılar. Onları qorxudan məsələlərdən biri də əgər ordu şəhərdən çıxmasa, sahil boyu yerləşən Neftayırma zavodlarına od vurub yandırmaq hədəmiz idi.

Yanvarın 23-ü gündüz bütün günü hərbiçilərlə dənizçilərimiz arasında danışıqlar getdi. Onlar Buxtanı boşaltmağı əmr edir, dənizçilərimiz isə şəhərdə baş verən soyqırıma görə SSRİ rəhbərlərinin məsuliyyəti öz üzərinə götürüb, xalqdan üzr istəmələrini və ordunun çox qısa müddətdə şəhəri tərk etməsini tələb edirdi.

Dənizçilərimiz niyə aldandı

Həmin axşam yenidən hərbiçilərin ailə üzvlərinin bir torpedasız gəmi ilə şəhərdən çıxarılmasına şərait yaratmağımızı istədilər. "Sabit Orucov" gəmisində uzun-uzadı müzakirələr aparıldı. İlk dəfə olaraq dənizçilərimiz arasında fikir ayrılıqları baş verdi. Bir qisim kapitan hərbiçilərə bu şəraitin yaradılmasını, digər qisim isə buna yol verməməyi dəstəklədi. "Onların ailələri çıxarıldıqdan sonra tam arxayın olacaqlar və qırğın yenidən başlana bilər" fikrində olanların içərisində mən də vardım. Lakin qərar verildi ki, onların bir gəmisini buraxaq, bir şərtlə ki, gəmidə olan qadınlar, uşaqlar göyərtəyə çıxsın və biz göyərtəni işıqlandırıb bunun həqiqət olduğunu bilək. Hərbiçilər qadınların və uşaqların çox qorxduğunu səbəb göstərərək, bunun Buxtanın içərisində etməyin təhlükəli olduğnu dedilər. Razılıq əldə olundu ki, bizim gəmilərlə onların bir gəmisi eyni zamanda açıq dənizə tərəf hərəkət etsin. Nargin adasına yaxın bir yerdə qadın və uşaqlar göyərtəyə çıxsınlar.

Beləliklə, bazadan dənizə tərəf çıxan kanallar dənizçilərimiz tərəfindən boşaldılır. Rus hərbi gəmisi hərəkətə başlayır. Deyilən məsafədə və müşahidə olunacaq yerə qədər hərəkət edən Müzzəfər Əliyevin kapitan olduğu "Babazadə" gəmisi qəflətən atəşə tutulur. Qarmaqarışıqlıqdan istifadə edən və dəniz yolunun açıqlığından bəhrələn yüksək sürətli hərbi gəmi Narginin arxasına keçir və uzaqlaşır. Hərbi gəmilərdə isə meyitlərin, yoxsa hərbçi ailələrinin olması o gün-bu gün - hələ də sirr olaraq qalır.

Bakı buxtasında fövqəladə vəziyyət

1990-cı ilin yanvar ayının 24-də SSRİ müdafiə naziri Dmitri Yazovun əmri ilə Bakı buxtasında fövqəladə vəziyyət elan olundu. Gündüz saat 14.30-da Sovet-rus ordusunun tanklardan, BMP-lərdən, vertolyotlardan atdığı yayılım atəşlər gəmilərimizi dəlik-deşik etdi. Admiral Sidorovun "Drama na more, kto vinovat" sərlövhəli Azərbaycan xalqına müraciəti yayıldı.

Həmin müraciətdə deyilirdi: "Dəniz quldurlarının Sovet Ordusuna qarşı törətdikləri cinayət qurtarmaq bilmir. Onların gəmilərindən biri – "Vodaley-4" gəmisi sahilə doğru hücum etmiş, iki Sovet əsgərini öldürmüş, bir-neçə əsgəri isə yaralamışdır".

Həmin gün bütün gəmilərimizə desant yeridildi. Dənizçilər döyülür, işgəncələrə məruz qalırdı. Dənizçi liderlərdən kapitanlar - Ağalar İbrahimov, Mövlud Əliyev, Vəfadar İbrahimov, Murad Əliyev, Yulian Radçenko, Maarif Əliyev, Hidayət Atakişiyev, Elxan Hüseynli və ümumilikdə 43 dənizçi həbs olunaraq Rusiyanın Ulyanovsk və Orenburq şəhərlərinin təcridxanalarına göndərildi.

Hadisələr zamanı "Neftqaz-19" gəmisinin kapitanı olan bakılı rus Yulian Radçenko həbs olunduğu günü belə xatırlayır:

"Yanvarın 24-də "Sabit Orucov" gəmisində kapitanların iclasından sonra gəmini baş köməkçiyə tapşırıb evə getmək istədim. Bir aydan çox idi ki, evə getməmişdim. Son hadisələrlə bağlı da bir qədər narahatçılıq vardı. Lakin fikrimi dəyişdim. Bu ağır gündə dənizçilərimizin yanında olsam, daha yaxşı olar deyə, fikirləşdim. Həmkarlarımdan ayrılmaq kişilikdən deyildi. Mən Azərbaycanda doğulmuşam, burda böyümüşəm, rus da olsam, özümü sizlərdən ayrı hiss edə bilmirəm. Bura mənim də vətənimdir. Demək, mənim vətənimə təcavüz olunub. Təxminən 15.30-da məni həbs etdilər. Dəniz vağzalının restoranında sənədlərimi yoxladılar. SSRİ Daxili İşlər Nazirliyinin polkovniki kimi özünü təqdim edən zabit sənədlərimə baxıb soruşdu:

- A vı po naçionalnosti russkiy?

- Ruskiy.

- A çto vı zdes delaete?

- Eto u vas xoçu sprosit?

- Nu niçeqo, koqda mı uydyom, vı posmatrite çto s vami budet!

- İz za taqo, çto vı prişli, nam ruskim stalo xuje.

Y. Radçenko deyir ki, bax, onda mənə məlum oldu ki, Moskvadan gələnlər yerli əhali arasında qarşıdurma yaratmaq istəyirmiş.

Bu gün Xəzər dəniz Neft Donanmasında yüzlərlə gənc işləyir. Onlar 20 yanvar hadisələri zamanı dənizçilərimizin göstərdiyi qəhrəmanlıq tarixini eşitdikdən sonra bu sənəti seçdiyini fəxrlə deyirlər.

Tarix
2014.01.24 / 20:54
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

Həlak olan polkovnik Aprel döyüşünün qəhrəmanı olub - Video

Ronaldo gedir: Prezident icazə verdi

Bakıda 23 YPX avtoşu zorla saxladı

Bakının 3 qəsəbəsində su kəsildi

Hərbi qulluqçumuz həlak oldu - MN

AST Telmana daha bir zərbə: Bu da əlindən alınır

Türkiyə-Azərbaycan arasında qardaş bələdiyyələr... - Foto

Lənkəranda insanları döyərək öldürən şəxs tutuldu

Sabahın hava proqnozu açıqlandı

Paris geri çəkildi: Bakının rəqibləri azalır

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla