Yuxarı

Fədayənin sevgisi adamı coşdurur

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda ən bərkgedən mövzu Fədayə və Qocadır. Hamı bu mövzunu diqqətdə saxlayır, oxuyur. Doğrudur, bir tərəfdən deyirsən ki, insanlar niyə kriminal aləmə maraq göstərir, o biri tərəfdən isə görürsən ki, elə sən özün də həmin adamların içindəsən. Şəxsən mən Fədayə və Qocaya görə ən mənasız saytları belə oxumağa başlamışam. Özümdən asılı deyil. Hətta neçə gündür ölkənin gündəmini məşğul etdiyinə görə Fədayəyə qısqanclıq hissim də baş qaldırdı. O mənada ki, onu bu qədər məşhur, bu qədər müzakirə mövzusu olacaq bir müğənni hesab etmirəm. Başına gələn son hadisələrdən sonra internetdə Fədayənin mahnılarına ilk dəfə qulaq asdım və bir daha gördüm ki, fikrimdə yanılmamışam.

Təbii, Fədayəni məşhur eləyən, onu müzakirə mövzusuna çevirən sənəti deyil, mətbuatda kriminal avtoritet kimi təqdim olunan “Qoca” ləqəbli Etibar Məmmədovla bağlı fədakarlığıdır. Bu gün Fədayə müğənni kimi heç kəsə maraqlı deyil. Məsələn, heç kim fikirləşmir ki, heyif, o cür sənətkardan ki, həbs olundu, özünü bədbəxt elədi. Əsas diqqət mərkəzində onun sevgisidir. Özü də cinayətkara olan sevgi adamın qanını daha da coşdurur. Elə bil filmə baxırsan. Mən bilirəm, elə kişilər var, fikirləşir ki, kaş bizə görə də özünü fəda eləyən Fədayə kimi qadın olardı. Adını, təxəllüsünü fəda qoymaqla deyil, gərək fədəkar olmağı da bacarasan, səni sevən, sənə görə ölümü belə gözə alan kişinin yanında sonacan qalmağı bacarasan. Bu mənada Fədayə böyük qadındır.

Daha orasını müzakirə eləmirəm ki, bizə məsələnin çox az tərəfi bəllidir. Ola bilər ki, hadisənin mahiyyətini bilmədən, tələm-tələsik bu fədəkarlığın adını sevgi qoymaqda yanılırıq. Doğrudanmı Fədayə sevirdi? Bəlkə Fədayə məcbur edilib? Bəlkə o, bütün bu işləri qorxu altında həyata keçirib? Hələ dəqiq bilinmir. Ancaq sevgiyə möhtac bir cəmiyyət olaraq bütün hallarda Fədayəyə haqq qazandırırıq, bu da bizim həqiqi sevgi axtarışlarımızdan irəli gəlir. Çünki biz doğrudan da, sevgisiz bir mühitdə yaşayırıq. Sevgimiz çoxdan rəhmətə gedib.

Görəsən, adamlar niyə sevə bilmir, sevsə də, sevgisi yolunda fədəkarlıq etməyə niyə hünərləri çatmır, bacarmırlar? Adamlar asanlıqla ayrıla bilir, asanlıqla təzədən sevə bilirlər. Daha doğrusu, sevməyə bilirlər. Fədayə cinayətkardır, amma şəxsən mən də istərəm ki, sevdiyim qadın lazım gəlsə, sevgisinə görə cinayətkar olmağı gözə alsın. Məsələn, mən Etibarın yerində olsaydım, heç olmasa, Fədayəyə görə təslim olardım. Amma mən Etibar deyiləm, ola da bilmərəm. Təbii, krminal avtoritet adına iddialı adam çevrilib romantik bir sevgi nağlının qəhrəmanı olmaq istəməzdi. Və görünür, sevgi də insanı islah eləmir. İslah eləsəydi, Fədayənin sevgisi pərt olmazdı...

Tarix
2017.11.03 / 22:54
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Mövlud bu sözü deyən kimi hönkürdü...

Ağsaqqalın kitabındakı 3 primitiv səhv

"Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."

Türklər Azərbaycanda dövlət qurdular, mərkəzi isə...

Ana, bu, evin gəlinidir, eşşək deyil

Kəbə ətrafında çılpaq dönən qadın Peyğəmbərlə... - Tarixçi

Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Gördünüzmü sizi söyməkdə nə qədər haqlıyam?!

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla