Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Noyabr 2017


Erməni türkçü partiyanın qurucusu olursa...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə bir qarmaqarışıq dünyada yaşayırıq ki, nədən başlayıb, nədən qurtaracağını bilmirsən. Sağın-solun saxtakar insanlar, yaşadığın ölkənin sağı-solu düşmən ölkələr. Gəl çıx bunun içindən, görüm, necə çıxırsan.

Dünyaya ədalət gətirəcəyini vəd edib, ədalətsizliyin nə olduğunu “a”-sından “z”-sinə qədər bizə öyrədən Amerikanın boyunduruqlu təşkilatları ilə məşğul oluruq. Hara addım atsan, hamısı bunlardır. Bir Feysbuk vardı ki, bizimlə anlaşma imzalayarkən "söz azadlığını" sonuna qədər qoruyacağına söz vermişdi. Məni yaxından bilənlər bilir. Feysbuka öyrənmək və bildiklərimi ulusuma öyrətmək üçün girirdim. 4993 dostum, 20.000 üzərində isə izləyicim vardı. Mən feysbukda özəldən danışma deyil, daha çox gündəlik prosesləri izləməkdən yana olanlardanam. Yetərincə də səhifəmdə mənim kimi insanlar vardı. Dostlarımın çoxu dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər, siyasətçilər, qeyri-hökumət təşkilatları üzvləri idi. Bəlkə də elə bu səbəbdəndir ki, ciddi paylaşımlarıma çox böyük bəyənmə və şərh gələrdi. Mənim başqaları kimi bu məsələlərdə şikayətim yox idi. Ta ki keçən həftə güneydoğuda şəhid edilən 9 əsgərin qatillərinin rəsimlərini paylaşana qədər...

Bu səfər də əvvəlkilər kimi xeyli sayda şərh və bəyənmə almama baxmayaraq, söz azadlığını qoruyacağını söyləyən Feysbuk mənim səhifəmdə bağlantılara və paylaşımlara qadağa qoydu. Bunun üzərinə səhifəmdəki dostlarımın, demək olar ki, hamısı mənim adımı etiketləyərək Feysbukun bu haqsız qərarına etiraz etdilər. Nəticədə 2 gün sonra Feysbuk bu təzyiqlərə dayana bilməyib qadağanı qaldırdı. Amma bu, cəmi 2 saat çəkdi. Erməni əsilli Elmas Giroğos Türkiyədə yeni qurulan İYİ Partiyasının qurucularından olmasına işarət edərək, “Kimsə mənə bundan sonra İP-nin milliyyətçi bir partiya olduğunu iddia edə bilməz” paylaşımıma görə şikayət olunduğunu və daha 7 gün səhifəmin əngəlləndiyini bildirdi. Anladım ki, nənəm rəhmətliyin "qızım kimdə nə yoxdursa, ondan danışar" kəlməsi Feysbukun söz azadlığını nə qədər qoruyacağının göstəricisidir.
Dədə Qorqudun "namussuzların çox yolu, namusluların tək yolu" kəlməsini hər zaman özümə əsas tutaraq, nə olursa-olsun, tutduğum yoldan dönməyəcəyimə söz verənlərdənəm. Dünyada ən çətin işin milli dava olduğunu da bilirəm. Mənə Tanrının verdiyi bu yaşam müddətində dəyərli zamanımı Feysbukun dünyaca məşhur qrupunun alət olduğu cılız insanlara sərf etməyib öz yolumla gedəcəyimə qərar verdim. Hədəfim bəllidir. Kimsəyə əməllərini görmədən "iyi" deyəcək qədər kor deyiləm. Hər gün əsgərimi, polisimi şəhid edən düşmənə qucaq açacaq qədər nadan deyiləm. Ermənilər “türk” adı eşidincə necə ki qondarma soyqırımı xatırlayırlar, mən “erməni” sözü eşidəndə gözlərimin önündə Xocalı soyqırımı dayanır.

Sözüm səhifəmdə olub məni şikayət edənlərədir. Siz ermənini də, PKK-nı da, peşmərgəni də sevə bilərsiniz, lazım gələndə siyasi maraqlarınız üçün onları qoruya bilərsiniz. Mənim tək siyasi marağım var, o da işğal edilmiş torpaqlarımızın azad edilməsi, 20.000 Azərbaycanda, 30.000 Türkiyədə şəhid edilən insanlarımızin qanının yerdə qalmamasıdır. Onların ruhlarının rahat olması mənim bu dünyada alacağım ən böyük mükafatdır. Dünyanın heç bir vəzifəsi o mükafatı əvəz edə bilməz.

P.S. Susmayacağam. Gördüyüm yanlışlara etiraz edəcəyəm. Türkəm. Heç bir şeyi zamana yükləməyəcəyəm. Tanrı mənə yanlışları göstərmək üçün bir zəka verib. Hər şeyi zaman həll etsəydi, Tanrı bizi də bəzi heyvanlar kimi şüürsuz yaradardı. Bildiyim doğruları millətimə də söyləyəcəyəm. Qəbul edən etsin, etməyən etməsin, ən azından gecə yastığıma başımı hər bir vicdanlı insan kimi rahatca qoyuram. Siyasi partiyaların boyunduruqlu köləsi deyiləm. Bu xoşbəxtlik mənə yetər.

Tarix
2017.11.08 / 00:12
Müəllif
Nigar Ögeday
Şərhlər
loading...
Digər xəbərlər

“Mənə bərk-bərk sarıl” dedi, dünyam qaraldı... - Foto

Rauf Arifoğludan nələr öyrəndim...

Düşməni ayağına gətirən Lider

“Sabah”dan “Qarabağ” əleyhinə yazını kim sildirdi?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla