Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 İyul 2018


Arvad nəyə lazımdı, axı?!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klaviatura həm yazı vərdişini, həm də zəkanı, yaddaşı korşaldır.

Qələmlə yazmaq sözü hərf-hərf xatırlamaq idisə - ki, bu həm də düşünmək qabilliyyətini işlək saxlamaqdır, - klaviaturada hərflərin şəkli var. Düşünməyə, xatırlamağa gərək yoxdu. Eləcə hərf şəklinin üstünə basıb sözü düzəltmək olur. Hətta telefonlardakı xüsusi proqram vasitəsi ilə sözün ilk hərfini yazmaq kifayətdi. Proqram uyğun sözləri özü təklif edir.

Daha söz yaratmırıq, söz şəkli çəkirik.

Fikir verin, mobilləşmə qurbanları mesajı necə yazır: sürətli, fikirlər aydın. Amma gəl sən onları canlı danışdır. Fərqə bax, adam söz dalınca söz deyə bilmir. Deyərsən, o yazışdığın adam deyil.

Uşaqlıq şəkilləri telofonla çəkilən nəsil barmaqlarının ucuyla düşünür, nədi, ünsiyyət problemi var.

***

Araşdırmalara görə, virtual zaman xərci, internetdə çox vaxt keçirmək yaddaş problemi yaradır.

Ünsiyyətdən əlil adam yaddaşını da itirir.

Robot. Telefonla işləyən robot. Telefonu al əlindən – öləcək.

Darıxmaq, ağrı-acı da sosial şəbəkələrə görə formalaşır.

Şəbəkə rəhbərləri üçün kədərimiz, sevincimiz kapitaldı. Hər xatirəmizdən pul qazanırlar. – Necə? – darıxırıq, musiqi dinləyirik, dinləyənlərin sayı bir nəfər də artır və bu darıxmaq onlara 20-25 sent qazandırır.

Bizim acımızın dəyəri onlar üçün qəpik-quruş.

Ağrı-acı, sevinc bölüşməyə insan lazım deyil. Hər şey ovcumuzda – telefonumuzda var.

Fikir verin, münasibətlər sintetikləşir.

İndiki istehsal müəssisələrində, zavod və fabriklərdə daha insana ehtiyac yoxdu. Texno-insan var. Daha səliqəli, dəqiq və maaşsız işləyir. 200 nəfər işçisi olan zavodda indi cihazları söndürüb-yandırmaq üçün 10-15 işçi lazımdı.

Bir dəfə yaşlı əmim zarafatyana dedi ki, mən arvadı paltar, qab-qacaq yumağa almışdım. Sonra paltaryuyan çıxdı, sonra qabyuyan. Heyf qocalmışam, yoxsa nəyə lazımdı indi arvad.

İnsan azalır, insana ehtiyac azalır.

Nə etməli?

Problem valideyndədi. Əslində, valideyn də qurbandı. Valideyn özü də başını telefondan qaldıra bilmir ki, uşağı görsün, danışdırsın, dinləsin.

Fikir verin, sosial şəbəkələrdə “Nə düşünürsən?” sualı verilir.

Dünyanın o başındakı Mark istifadəçiləri adam sayır, dinləmək istəyir, tribuna verir. Bir atanın övlad üçün etmədiyini edir.

Bu uşaqlarla valideyn arasında bircə biloji bağ var. Mahiyyət etibarilə, mənən sosial şəbəkələrə daha çox bağlıdılar.

İnternetdə onlar üçün ata-ana qayğısı, bacı-qardaş sevgisi, seks, pul – hər şey var.

Yadınızdadı, o vaxt məşhur zarafat var idi: “Vay-Fay aparatı bir həftəlik xarab olmuşdu, örəndim ki, nənəm ölüb, qardaşımın burnunu əməliyyat ediblər və anam hamilədi...”

Tarix
2017.11.12 / 09:30
Müəllif
Ömər Xəyyam
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla