Yuxarı

Ərdoğan 22 dekabrdan niyə narahatdır?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 dekabr 2014-cü il Türkiyədə vacib bir gündür. Sabah Türkiyə Böyük Millət Məclisinin İstintaq Komissiyası korrupsiya ilə ittiham olunmuş 4 sabiq nazir – Zəfər Çağlayan, Müəmmər Gülər, Egemən Bağış və Ərdoğan Bayrakdar ilə bağlı öz qərarını verəcək və təxminən 6 yanvarda onu TBMM sədarətinə göndərəcək.

Bu qərar 10 gün ərzində millət vəkillərinə paylanacaq, daha sonra, təxminən 22 yanvar 2015 tarixində TBMM-də olan millət vəkilləri - ki bunların çoxu AKP-yə məxsus deputatlardır - nazirlərin Konstitusiya Məhkəməsinə göndərilib-göndərilməməsi ilə bağlı qərar verəcək.

Komissiya üzvləri nazirlərin Ali Divana (Konstitusiya Məhkəməsinə) göndərilməsinə "hə", ya da "yox" formasında səs verəcəklər.

Əslində bu, 17 dekabr 2013 tarixində İstnabulda keçirilmiş polis əməliyyatının tək qalığıdır, çünki digər bütün ittihamlar, ya da cinayət işləri bu və ya digər şəkildə bağlandı.

Həm 22 dekabr 2014, həm də 22 yanvar 2015 tarixində 4 sabiq nazirin işlərinin Konstitusiya Məhkəməsinə göndəriləcəyi ilə bağlı qərar veriləcəyini gözləmək sadəlövlhük olardı.

Türkiyə mətbuatının yazdığına görə, bu məsələ parlamentdə olan AKP deputatlarını ikiyə bölüb. Bir hissəsi düşünür ki, əyər onlar məsumdurlarsa - bunu Konstutusiya Məhkəməsində isbat edə biləcəklər və AKP alnı açıq olaraq 2015 seçkilərinə girə biləcəkdir.

Bu cür məsələlərdə, TBMM daxili Nizamnaməsinə görə, siyasi partiya parlament qrupu bağlayıcı qərar ala bilmir. Bununla belə, qeyri-rəsmi olaraq Davudoğlu və Ərdoğanın bu məsələdəki yanaşması bəllidir: onlar nazirlərin korrupsiya məsələsinin qətiyyən Konstitusiya Məhkəməsinə çıxmasını istəmir, çünki belə halda 17 dekabr əməliyyatında olub-bitənlər bir daha gündəmə daşınacaq və danışılacaq; halbuki AKP idarəçiləri 17 dekabr əməliyyatının onlara qarşı hüquqsuz bir çevriliş cəhdi olduğunu irəli sürürdülər. Ərdoğanın bu məsələdə yanaşması rasionaldır: korrupsiya ittihamlarının yenidən gündəmə gəlməsi Ərdoğanın da adının hallanmasına səbəb olacaqdır (nazir Bayrakaar ilk ifadələrində onu da ittiham etmişdi, lakin sonradan bu ifadələrindən imtina etdi) və partiya seçicilərini böləcəkdir.

İndi Türkiyədə iqtidar partiyası AKP 4 sabiq nazirin Konstitusiya Məhkəməsinə çıxarılmalarının 2015 parlament seçkilərinə necə təsir edəcəyi narahatlığını çəkir. Bu ittihamlara KM-in baxması məsələnin yenə AKP əleyhinə gündəmə gəlməsinə səbəb olacaq, ittihamların KM-ə getməməsi müxalifətə imkan verəcək ki, AKP-ni seçkilərdə korrupsiyanı ört-basdır etməklə suçlasın.

Lakin Türkiyə seçicisinin gözündə artıq korrupsiya ittihamları heç bir şey ifadə etmir. AKP-yə növbəti seçkilərdə ciddi zərbə vura biləcək şey ancaq iqtisadi tənəzzüldür.

Odur ki, Ərdoğan Ankara-Moskva yaxınlaşmasına diqqətlə yanaşmalıdır. Ərdoğan Qərbin Rusiya planlarına əngəl törətmək istəsə, bu, cavabsız ötüşməyəcək. Qoca Rusiyanı bu hallara qoyan Qərb üçün Türkiyə iqtisadiyyatını boğmaq çətin məsələ deyil. AKP-nin isə növbəti parlament seçkilərində təkbaşına iqtidar ola bilməməsi halında AKP-yə xeyli qərəzli olan müxalifət partiyalarının quracağı hökumətin bir çox AKP idarəçilərini məhkəməyə verə biləcəyini gözdən uzaq tutmamalıyıq.

Tarix
2014.12.21 / 23:18
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
Digər xəbərlər

Zəngəzur yolu dəhlizdir? “Dəhliz” nə deməkdir?

Siz nə edirsiniz: KM səhvi sizin xeyrinizədir, axı…

Kredit borcu: hansı halda həbs ola bilər?

ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Qarabağa müstəqillik verilərsə, nələr olar?..

Avropada millətçilik niyə artır?

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

Vətənin yanındasan, ya düşmənin?

Ölüm cəzası bərpa edilməlidirmi?

Qərbin Ukrayna arzusu – Kəniz!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla