Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Oktyabr 2017


Yazarın yazarı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kitab oxumaq uzun illərdən bəridir ki, mənim gündəlik işimin mühüm bir parçasına çevrilib və oxumaq məsələsində mənim konkret bir rejimim yoxdur. Səhər, axşam, maşında, təyyarədə... İmkan daxilində bütün oxumaq vasitələrindən yararlanıram - əlyazılarından tutmuş ənənəvi və elektron kitablara qədər.

Oxuduğum kitabların coğrafiyası da çox genişdir. Bu da illər uzunu formalaşmış çevrədir. Bədii ədəbiyyatla yanaşı müxtəlif elmi-kütləvi nəşrlər, tarix, fəlsəfə, etnoqrafiya.

Ən az oxuduğum janrlardan biri detektivdir və maraqlıdır ki, son oxuduğum kitab da nədənsə bu janrdan olan əsərdir. İngilis yazıçısı Simon Bekettin "Ölümün kimyası" adlı detektiv romanı. Bu müəllif bizdə az tanınsa da, Avropada çox məşhurdur və ən çox oxunan yazıçılardan biridir, kitabları otuza yaxın dilə çevrilib. Oxuduğum romanı da bu janrın ən gözəl nümunələrindən biri hesab edirlər.

Ümumiyyətlə, mən "indi hansı kitabı oxuyursunuz" sualına cavab verməyə həmişə çətinlik çəkmişəm. Çünki evdə, işdə, maşında həmişə əlimin altında yeni kitablar olur və mən onları çox vaxt paralel oxuyuram. Çox dəbdə olan yazıçıların əsərlərini pis bir vərdiş olaraq, nədənsə, sona saxlayıram. Məsələn, dünyada çox məşhur olan əfqan yazıçısı Xalid Hüseyninin "Min möhtəşəm günəş" romanını oxumayan yazıçı az tapılar. İki-üç ildir ki, qardaşlarım bu romanı mənə təbliğ edirlər, ancaq qəribədir ki, oxumağa heç cür hövsələm çatmırdı. Yalnız indi "Ölümün kimyası"nı oxuyanda həmin romanı da başladım və ingilis yazıçısının kitabını yarıya çatdırana qədər onu oxuyub bitirdim. Əslində, o da ölüm haqqında bir romandır - ancaq ölümün siyasəti, böyük güclərin bir xalqı məhkum etdikləri ölüm haqqında ("Kulis.az").

Tarix
2013.10.21 / 15:38
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
loading...
Digər xəbərlər

Sonuncu məktub: İtmə, bizə lazımsan!

Heydər Əliyevin yanına getdim, xahiş etdim ki...

Türk dünyası necə çökdürülür? - Böyük plan

Türkiyədəki “azəri yurdu” – Şanlıurfadan reportaj

Hamı mələkmiş, bir vecsiz millət türklərmiş?...

Sənin sözlərin Balayanın böhtanından fərqlənmir

Kürü tanımaq istəyim

İslamdan imtina edək, başqa dinə keçək...

Güntay, bunları yazanda əlin heçmi əsmədi?

Rus dili dövlət dili olsun?

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla