Yuxarı

Ramil Usubov yeni polis bölməsi yaradır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökməli qəsəbəsində polis bölməsi yaradılır. Bunun üçün Hökməli qəsəbəsi At yalı yaşayış massivində yer də ayrılıb. Yer Hökməli bələdiyyə sədri Nemət Mirhadıyevə məxsus olduğu bildirilən "Vüsal" şadlıq sarayının yanında yerləşir.

Xəbəri Axar.az-a Abşeron rayon Polis şöbəsindən təsdiqləyiblər. Bildiriblər ki, Abşeron Polis Şöbəsinin Mehdiabaddakı polis bölməsindən sonra Hökməlidə də bölməsi yaradılacaq. Bölmə bina tikilib hazır olandan sonra fəaliyyətə başlayacaq. Şöbədən o da bildirilib ki, bölmə 30-40 nəfərlik heyətdən ibarət olacaq.

Ümumiyyətlə, Abşeron rayonunda fəaliyyət göstərəcək polis bölmələrinin sayı 4-ə çatdırılacaq. Mehdiabad və Hökməlidən sonra, Xırdalan şəhərində və Masazır qəsəbəsində də bölmələr olacaq. Xırdalan şəhərində fəaliyyət göstərəcək bölmənin bina yeri bir dəfə müəyyənləşdirilsə də, qərar dəyişib və bu səbəbdən hələlik nə Masazırda, nə də Xırdalan şəhər Polis bölmələrinin yeri məlumdur.

Abşeron rayon Polis şöbəsinin isə idarəyə çevriləcəyi nəzərdə tutulub.

Tarix
2014.06.23 / 09:19
Müəllif
Ruhiyyə Daşsalahlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla