Yuxarı

Trampdan Fransa və Almaniyaya xəbərdarlıq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampdan Fransa və Almaniyaya xəbərdarlıq...

Fransa və Almaniya ABŞ-ın dərmanların qiymətini artırmağı nəzərdə tutan planı ilə razılaşmasalar, onların məhsullarına qarşı rüsumlar tətbiq ediləcək.

Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Prezident Donald Tramp Ağ Evdə səhiyyə məsələlərinə dair köməkçiləri ilə keçirdiyi müşavirədə bildirib.

Tramp qeyd edib ki, ABŞ-da bir çox dərmanın qiyməti Avropa ölkələrinə nisbətən xeyli yüksəkdir. Onun sözlərinə görə, Vaşinqton administrasiyası əczaçılıq sənayesi nümayəndələri ilə ABŞ sakinlərinin reseptlə alınan dərmanlar üçün bütün ölkələr arasında ən aşağı qiyməti ödəyəcəklərinə dair razılaşmalar əldə edib.

Bundan əlavə, Tramp bəyan edib ki, xərclərin bir hissəsi Avropa ölkələrindəki istehlakçılara ötürülə bilər.

"Amma bir problemimiz var. Digər ölkələr buna razı olmadılar. Fransa, Almaniya, Böyük Britaniya, bütün Avropa Birliyi razı olmadı", - o, razılaşmalara nail olmaq üzrə aparılan məsləhətləşmələr barədə danışarkən vurğulayıb.

Tarix
2026.01.16 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla