Yuxarı

Tiktokda canlı yayımda qumar oynadı, cərimə edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiktokda canlı yayımda qumar oynadı, cərimə edildi

Tovuz rayonunda qumar oynayan şəxs inzibati məsuliyyətə cəlb edilib.

Axar.az-ın Teleqraf-a istinadən məlumatına görə, Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Vaqif Vəliyev (ad-soyad şərti verilib – red.) Tovuz rayonunun Aşağı Öysüzlü kəndində həmkəndliləri, eyni zamanda qohumluq münasibətlərində olduğu iki nəfərlə birlikdə pul qazancı müqabilində qumar oyununda iştirak edib. O, yəni kartla qumar oynayıb.

İş üzrə inzibati məsuliyyətə cəlb olunan Vəliyevin sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir.

Bildirib ki, qohumluq münasibətlərində olan Nərimanın övladının kiçik toy məclisindən həmkəndliləri və qohumluq münasibətlərində olduğu – Aydın və Elmar ilə birlikdə məclisin keçirilməsi ilə əlaqədar işlərə kömək etmək məqsədi onun evində olublar:

"Həmin gün, gecə saatlarında Aydın və Elmar ilə birlikdə pul qazancı əldə etmək məqsədilə kart oyunu oynadıq. Həmin vaxtı ev sahibi Nəriman Tiktok sosial şəbəkəsində canlı yayım açaraq qumar oyunu efirə verdi. Daha sonra 3 nəfər polis əməkdaşı evə gələrək qumar oyununu aşkar etdi".

Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.

Tovuz Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 3 min manat miqdarında cərimə olunub.

Tarix
2026.01.16 / 20:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla