Yuxarı

İranda insanlar kuponla alış-veriş etməyə başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda insanlar kuponla alış-veriş etməyə başladı

İranda 2025-ci ilin dekabrında başlayan kütləvi etiraz aksiyalarından sonra hökumət əhalinin əsas qida məhsullarına çıxışını təmin etmək üçün "Kalabarg" adlı elektron kupon tətbiqinə başlayıb. Bu addım yüksək inflyasiya və ərzaq qıtlığı ilə mübarizə məqsədi daşıyır.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, "Kalabarg" sistemi vətəndaşlara süd, pendir, yağ, düyü, ət və yumurta kimi 11 əsas qida məhsulunu daha ucuz qiymətə almağa imkan verən rəqəmsal kart sistemidir. Bu sistem vasitəsilə dövlət birbaşa vətəndaşın kartına kredit və ya rəqəmsal sənəd şəklində dəstək təyin edir.

İran rəsmiləri bildirirlər ki, tətbiq sayəsində əvvəllər market rəflərində tapılmayan bəzi məhsullar yenidən satışa çıxarılıb və qiymətlərdə qismən enmə müşahidə olunur. Lakin xalq bu dəyişikliklərə ehtiyatla yanaşır.

Bəzi vətəndaşlar bu dəstəyin faydalı olduğunu, lakin qiymət artımının qarşısını almaq üçün kifayət etmədiyini deyir.

Hökumət qiymətləri sabit saxlamaq üçün "güzəştli valyuta məzənnəsi" sistemində də dəyişiklik edib. Əvvəllər idxalçılara ucuz dollar verilirdi ki, məhsullar bazara ucuz daxil olsun. Lakin bu sistem korrupsiya və sui-istifadə hallarına yol açdığı üçün hökumət indi birbaşa istehlakçıya (xalqa) elektron kuponlar vasitəsilə dəstək verməyə üstünlük verir.

Tarix
2026.01.16 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla