Yuxarı

Kamal Abdullanın kitabı Londonda təqdim olundu

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tərcümə prosesində mən Azərbaycan tarixini, mədəniyyətini, dilini daha yaxşı öyrəndim".

Bu sözləri noyabrın 26-da Londondakı "Voterstones" kitab evində Kamal Abdullanın "Yarımçıq əlyazma" romanının ingilis dilinə tərcüməsinin təqdimat mərasimində tərcüməçi Anna Tomson səsləndirib.

Xanım Tomson çox dərin struktura malik əsəri tərcümə etməyin asan olmadığını deyib:

"Bu əsəri tərcümə etdiyim üçün qürur hissi keçirirəm. Təzəlikdə Kamal Abdullanın başqa bir əsərini— "Sehrbazlar dərəsi" romanını da tərcümə etmişəm və güman edirəm ki, britaniyalı və ümumiyyətlə, ingilisdilli oxucu yaxın zamanda bu maraqlı əsərlə də tanış ola biləcək".

Təqdimat mərasimini Avropa Azərbaycan Cəmiyyəti təşkil edib.

Mərasimə London sənət elitası, tənqidçilər, ədəbiyyatçılar, teatrşünaslar qatılıb.

Tədbir zamanı Kamal Abdulla və kitabın tərcüməçisi Anna Tomsonun təqdimatları olub.

Kamal Abdulla və Anna Tomson mərasim iştirakçılarının suallarını cavablandırıb.

Yazıçı əsərin tərcüməçisi AnnaTomsona, kitabın ön söz yazarı amerikalı professor Maks Statkeviçə, Avropa Azərbaycan Cəmiyyətinə, mərasimə toplaşan hər kəsə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanova təşəkkür edib.

Kamal Abdulla "Yarımçıq əlyazma"nın xarici dillərə tərcümə prosesinin dayanmadığını, hazırda romanın italyan dilinə tərcümə prosesində olduğunu da bildirib.

ALOFF teatrının aktyorları əsərdən səhnələr ifa edib.

Sonda müəllif "Yarımçıq əlyazma" romanını oxucular üçün imzalayıb.

Tarix
2013.11.28 / 00:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İraq ordusu Mosulda kütləvi məzarlıq tapdı

“Klintonun məktubunda İŞİD-lə bağlı elə faktlar var ki…”

Türkiyə jandarmasında FETÖ əməliyyatı

Türkiyə Şimali İraqı PUA ilə vurdu

“Neftçi”də yeni təyinat

“Putin Avropada Stalinin arzuladığına nail oldu”

Zakir Həsənov çexiyalı həmkarı ilə görüşdü - Foto

Vasif Talıbov Aşura mərasimində - Foto

Merkel Normand dördlüyünü toplayır

Professor ermənilərin önünə niyə çıxmadı? - Cavab

KULT
<>
Xəbər xətti
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla