Yuxarı

“Qarabağ” musiqi platformalarından silindi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” musiqi platformalarından silindi

Erməni ifaçısı Gor Yepremyanın azərbaycanlı bəstəkar Bəhram Nəsibova məxsus “Qarabağ” mahnısının musiqisi əsasında çəkdiyi klip musiqi platformalarından silinib.

Bu barədə Kult.az-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Agentliyin dəstəyi ilə bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun adından Agentlikdə akkreditasiyadan keçmiş Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin (RAYS) texniki yardımı ilə Yutub administrasiyasına edilmiş müraciət əsasında B.Nəsibovun müəllif hüquqularının pozulması səbəbindən Gor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnı Yutub tərəfindən Yutub platformasından və “CD BABY” distribütor şirkəti tərəfindən isə “Yutub Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformalarından silinib.

"Bundan başqa, Harout Pamboukjianın ifa etdiyi “Aghji jan” mahnısının musiqisi də Azərbaycan bəstəkarı B.Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının musiqisi ilə üst-üstə düşdüyü üçün həmin mahnı Yutub tərəfindən eyniadlı platformasından silinib. Bununla da “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözlərinin və musiqisinin Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olması və erməni ifaçı Gor Yepremyan tərəfindən B.Nəsibovun müəllif hüquqularının pozulması Yutub rəhbərliyi və “Yutub Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformaları tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilib", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilmiş və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə Yutub platformasında yerləşdirilmişdi.

Tarix
2024.07.24 / 17:38
Müəllif
Kult.az
Digər xəbərlər

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla