Yuxarı

Çörçill, Meloni və… Sərdar Cəlaloğlu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlunun bir neçə gün öncə mediaya açıqlamasında “qeyri-siyasilər” sırasında jurnalistlərin də millət vəkili olma istəyinə qeyri-normal baxması və bunu “Bu gün idmançılar, müğənnilər, jurnalistlər, qeyri-siyasilərin bir çoxu deputatlığa iddialıdır. Mən başa düşmürəm, parlament oyuncaqdır? Qeyri-siyasilər xalqına, dövlətinə öz sahəsinin peşəkarlığı ilə töhfə versin. Jurnalist yaxşı araşdırmalarla çıxış etsin, faydalı məlumatlandırma ilə məşğul olsun, analitik yazılarını ortaya qoysun” sözləri ilə ifadə etməsi olduqca qəribədir.

Ən azı ona görə ki, uzağa getmədən, bu ölkənin ən tanınmış millət vəkillərinin elə jurnalistlər olduğunu xüsusi qabartmağa ehtiyac yoxdur: Sabir Rüstəmxanlıdan, Aqil Abbasdan rəhmətlik Qənirə Paşayevaya qədər.

Azərbaycan müstəqillik tarixinin şanlı səhifələrini yazan Əlimərdan bəy Topçubaşov da Filologiya fakültəsinə daxil olmuş, amma hüquq ixtisası ilə ali məktəbi bitirmişdi. Buna baxmayaraq, karyerasına “Kaspi”nin baş redaktoru kimi başlamışdı.

Elə bir müddət xarici işlər naziri olan, hazırda səfir görəvini daşıyan Vilayət Quliyev də ixtisasca filoloqdur. V.Quliyev qətiyyən pis diplomat deyil, əksinə, ən müsbət imicli diplomatlarımızdan biridir, işinin öhdəsindən də mükəmməl gəlir.

Dünya siyasətində isə hətta ölkə başçısı, baş nazir olan saysız-hesabsız ixtisasca jurnalistlər olub, hazırda da var. Məsələn, İtaliyanın Baş naziri Corciya Meloni!

20-ci əsrin ən böyük siyasətçilərindən olan Çörçill fəaliyyətinə hərbi müxbir kimi başlamışdı – tam 3 il “Morninq Post” qəzetinin müxbiri olmuşdu.

ABŞ-ın ən məşhur siyasətçilərindən, SSRİ-ni çökdürən Ronald Reyqan karyerasına idman jurnalisti kimi başlamışdı, sonra aktyorluq da etmişdi.

Yeri gəlmişkən, “Hindistanın dəmir ledi”si sayılan Cayaram Cayalalita aktrisa idi.

ABŞ-ın ən böyük ştatına uzun müddət rəhbərlik edən Arnold Şvartseneggerin kimliyini də yaxşı bilirsiniz.
Kiyevin meri Vitali Kliçko məşhur boksçudur!

Bunlar bir anda yadımıza düşənlərdir, bir az düşünüb, axtarış aparsaq, dünya siyasətində “qeyri-siyasilər”in nəinki millət vəkili kimi, elə dövlət xadimi kimi necə yüksək siyasi postlar tutduğunu və böyük işlər gördüyünü xatırlaya bilərik.

Maraqlıdır ki, özünü “qeyri-siyasi”lərdən hesab etməyən Sərdar Cəlaloğlunun heç özü də hazırkı məqamına “politoloq” ixtisasından gəlməyib. Sərdar Cəlaloğlu ixtisasca məhkəmə tibb ekspertidir, el arasında “ölüyaran” deyirlər. Amma Sərdar Cəlaloğlu da pis siyasətçi deyil, xüsusilə sosial mövzularda, gender-zad məsələlərində “güclü cinsin” mövqeyini müdafiə etmək baxımından unikal yanaşmaları ilə seçilir.

Buna baxmayaraq, “qeyri-siyasilərə” yuxarıdan aşağı baxan “peşəkar siyasət adamı” Sərdar Cəlaloğlunun siyasi uğurları yalnız indiyə qədər bir neçə dəfə namizəd olmağa çatıb, vəssalam - iştirak etdiyi heç bir seçkidə seçilməyib...

Tarix
2024.07.21 / 08:00
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

ABŞ və Çin COP29-u müzakirə etdi - Podesta

Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək

Prezident İtaliyada mühüm forumda çıxış etdi - Video

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

AŞPA üzvlərinə qoyulan qadağa bu halda ləğv ediləcək

Ukrayna suverenliyi üçün uğursuz səylər göstərir

Əliyev açıqladı: Rusiya-Ukrayna münaqişəsinin həllində iştirak...

Bakı bunun yolunu yaxşı bilir - Orban

İlham Əliyevin İtaliya səfəri başa çatdı

Prezidentin onunla səmimi görüşü diqqət çəkdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla