Yuxarı

2027-ci ildə maaşlar nə qədər artacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2027-ci ildə maaşlar nə qədər artacaq?

Minimum maaş müəyyən edilərkən adətən inflyasiya, yaşayış xərcləri, orta əməkhaqqının səviyyəsi və artım tempi, əmək məhsuldarlığı, məşğulluq və ümumi iqtisadi vəziyyət nəzərə alınır. Azərbaycanda da 2027-ci il üzrə mümkün rəqəmi təxmin etmək üçün bu göstəricilərlə yanaşı, əvvəlki illərdə minimum əmək haqqının necə artırıldığına, yəni yanaşma təcrübəsinə baxmaq olar.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O, əvvəlki təcrübələrə diqqət çəkib:

"2020 və 2021-ci illərdə minimum əmək haqqı 250 manat olub. 2022-ci ildə 50 manat və ya 20% artırılaraq 300 manata, 2023-cü ildə 45 manat və ya 15% artırılaraq 345 manata, 2025-ci ildə isə 55 manat və ya 15,9% artırılaraq 400 manata çatdırılıb. 2024 və 2026-cı illərdə artım olmayıb. Yəni son üç artımın hamısı 15-20% intervalında olub.

İndi isə orta aylıq əmək haqqının ümumi dinamikasına baxaq. 2025-ci ildə ölkədə orta aylıq nominal əmək haqqı 1102,9 manat olub. 2026-cı ilin yanvar-iyulunda bu göstərici artıq 1176,7 manata çatıb. 2027-ci il üçün isə 1288,3 manat proqnozlaşdırılır. Beləliklə, 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2027-ci ildə orta maaşın təxminən 185 manat və ya 16,8% yüksək olacağı gözlənilir".

Ekspert deyib ki, bu müqayisə minimum əməkhaqqı üzrə mümkün rəqəmi ehtimal etmək üçün ciddi əsasdır:

"Yəni, 2025-ci ilin faktiki göstəricisi ilə 2027-ci il üçün olan proqnozu müqayisə etdikdə orta aylıq əmək haqqında 16,8% artım gözlənilir. Minimum əmək haqqında da buna yaxın artım olarsa, 400 manat təxminən 465-470 manata yüksəlir.

İnflyasiya tərəfdən baxdıqda isə bir qədər aşağı nəticə alınır. 2026-cı ilin yanvar-avqust aylarında illik inflyasiya 5,7% təşkil edib, 2027-ci il üçün isə orta illik inflyasiya 5,3% proqnozlaşdırılır. Bu göstəricilər minimum əmək haqqının artımında yalnız inflyasiya amili əsas götürüldükdə, 450 manata yaxın rəqəmin mümkün ola biləcəyini göstərir.

Beləliklə, iki fərqli göstərici bizə müəyyən interval verir. İnflyasiya üzərindən hesablama təxminən 450 manata, orta əmək haqqının artım tempi isə 465-470 manata aparır. Eyni zamanda əvvəlki minimum əmək haqqı artımların da 15-20% intervalında olması da bu rəqəmin 2027-ci il üçün 460 manatı və daha yuxarı rəqəmləri dəstəkləyən əlavə göstəricidir.

2027-ci ilin büdcə xərclərinin cəmi 1,7% artırılması isə ümumi maliyyə fonunun daha ehtiyatlı qurulduğunu göstərir. Amma minimum əmək haqqını birbaşa büdcə xərclərinin artım faizinə bağlamaq doğru olmaz".

Bütün bunları birlikdə qiymətləndirdikdə E.Əmirovun 2027-ci il üçün proqnozu minimum əmək haqqının 450-470 manat intervalında müəyyənləşdirilməsidir:

"Bu interval daxilində isə 460 manat mənə daha real görünür. Bu isə 15% artım deməkdir və həm əvvəlki artımların aşağı həddinə, həm son iki ildə orta əməkhaqqının və qiymətlərin dəyişməsinə, həm də mövcud iqtisadi göstəricilərə yaxın nəticə verir.

470 manat variantının da kifayət qədər ciddi əsası var. Çünki minimum əmək haqqı orta əməkhaqqı ilə eyni tempdə artırılarsa, hesablamanın özü təxminən bu rəqəmi verir.

Bütün bunları nəzərə alaraq, mənim 2027-ci il üçün əsas proqnozum minimum maaşın 460 manat müəyyən edilməsidir".

Tarix
2026.09.28 / 22:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla