Yuxarı

Prezidentin “Xalq artisti” adı verdiyi sənətçi kimdir?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin “Xalq artisti” adı verdiyi sənətçi kimdir?

Xəbər verdiyimiz ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Fərrux Kərimoviç Zakirova “Xalq artisti” fəxri adının verilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Kult.az xəbər verir ki, özbək və sovet estrada müğənnisi, bəstəkarı və aktyoru olan Fərrux Zakirov 1946-cı ilin 16 aprelində Daşkənddə musiqiçi ailəsində dünyaya gəlib.

Onun atası Özbəkistan SSR xalq artisti, Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının solisti və bariton səsə malik olan opera müğənnisi Kərim Zakirovdur. O, bacı və qardaşları ilə birgə Özbəkistanda sayılıb-seçilən incəsənət xadimlərinin əhatəsində böyüyüb.

Fərrux Zakirov 1991-ci ilin yayında SSRİ xalq artisti fəxri adı ilə təltif olunmağa təqdim edilir, lakin həmin ildə baş verən avqust hadisələri bu prosesin gerçəkləşməsinə imkan vermir.

Məşhur “Yalla” qrupunun qurucusu olan sənətçi Özbəkistanın Dövlət mükafatı laureatıdır. 2002-ci ilin may ayından 2004-cü ilin iyul ayına qədər Özbəkistanın mədəniyyət naziri vəzifəsində çalışıb.

Sənətçi Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İnquşetiya və Qaraqalpaq respublikalarının xalq artistidir.

Tarix
2024.07.22 / 16:55
Müəllif
Aytac Araz
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla