Yuxarı

Rusiyadan cavab gözləyirik - Fidan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan cavab gözləyirik - Fidan

Təəssüf ki, xəbərdarlıqlarımız özünü doğruldur. Müharibənin yayıldığı əsas ərazilərdən biri bütün Qara dənizdir. Əvvəlcə onlar yalnız hərbi obyektləri, limanları və hərbi gəmiləri hədəf alırdılar. İndi isə bütün ticarət gəmilərinə fərq qoymadan zərbələr endirirlər.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsini şərh edərkən deyib.

"Bu vəziyyətdən Türkiyə bayrağı altında üzən gəmilər də təsirlənir. Biz bütün bu gəmiləri yaxından izləyirik. Hədəfə alınan Türkiyə gəmilərinin nisbəti hazırda hədəfə alınan digər gəmilərlə müqayisədə bir qədər az olsa da, mövcud vəziyyət bizi ciddi narahat edir.

Bu məsələ ilə bağlı prezidentimizə bəzi tədbirləri təqdim etdik və onları həyata keçiririk.

İctimaiyyətlə bölüşə biləcəyim şey budur: hər iki tərəfi bu sahədə moratorium elan etmək üçün mexanizm yaratmağa çağırdıq. Ukrayna tərəfinin artıq belə bir tələbi var idi və biz bunu rusiyalı həmkarlarımıza çatdırdıq. Hazırda onların cavabını gözləyirik”, - deyə Fidan bildirib.

Tarix
2026.08.08 / 22:54
Müəllif
Ləman Rüfət
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla