Yuxarı

Rus politoloq Bakı əleyhinə yazmasından danışdı - Eksklüziv

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus politoloq Bakı əleyhinə yazmasından danışdı - Eksklüziv

Rusiyalı politoloq Modest Kolerov bir müddət öncə "Regnum" agentliyindəki analitik yazısında Cənubi Qafqazla bağlı maraqlı və kifayət qədər də təhlükəli proqnozlar yayımlayıb. O, Qarabağın Moskva tərəfindən tanınacağını, Azərbaycanın İranı provokasiyaya çəkəcəyini iddia edib.

Kremlin qeyri-rəsmi sözçüsü kimi tanınan Modest Kolerovun Axar.az-a eksklüziv müsahibəsini təqdim edirik:

- Cənab Kolerov, siz "Regnum" agentliyindəki məqalənizdə Azərbaycanın İranı yaxın gələcəkdə provokasiyaya çəkəcəyini qeyd edirsiniz. Bu iddianızın səbəbi nədir?

- Mən İranda, o cümlədən Azərbaycan əsilli elitada bu hərəkətlərə qarşı münasibətin necə olduğunu bilirəm. Hər şey çox sadədir. Tehranda Bakının Güney Azərbaycanı özünə birləşdirəcəyi barədə xəbərdar edilmiş şəxslər var.

- Siz həm də Qarabağın Rusiya tərəfindən tanınacağını deyirsiniz?

- Mən Rusiya Federasiyanın belə çıxılmaz vəziyyətdə qalacağını demişəm. Səbəb çox sadədir. Hər şey ABŞ-ın başlatdığı Böyük Yaxın Şərq planının necə reallaşacağından asılıdır.

- Bəs ABŞ-ın Qafqazla bağlı planı nədən ibarətdir?

- ABŞ hər kəsin bir-birinə qarşı vuruşduğu Qafqaz hazırlayır.

- Ermənistanın da məhv olacağını deyirsiniz...

- Ermənistan o dərəcədə balacadır ki, onun bundan sonra parçalanması və ya məhv olması qəti əhmiyyətli deyil.

- Axı Moskvanın köhnə rəqibi Türkiyə Qafqazda üstünlüyə yiyələnə bilər...

- Yox, yiyələnə bilməz. Onun bu dəqiqə əsas vəzifəsi müdafiədir. Amma bu müdafiənin təşkili üçün o Acarıstan və Naxçıvanı tam siyasi nəzarəti altına ala bilər.

- Rusiyanın parçalanması üçün də təhlükənin yaxınlaşdığı proqnozlaşdırılır.

- Mən bilirəm ki, Bakıda bu barədə danışmağı sevirlər. Doğrusu, terrorizmlə müharibə Rusiyada hələ də bitməyib. Rusiyanı hələlik heç bir parçalanma gözləmir.

Tarix
2014.09.18 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

ABŞ-ın İrana qarşı A və B planı

ABŞ İrana zərbə endirəcək? - Türkiyə hərəkətə keçdi

Rza Pəhləvinin qayıdışı mümkündürmü? - ABŞ onu oynadır

Ermənistan bizi Qafqazdan çıxarır - Solonnikov

Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan

Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat

İran bir neçə milli dövlətə parçalana bilər - Arkov

Bayramov Fidanla regional təhlükəsizliyi müzakirə etdi

Pezeşkianı eşitmədilər, qətliam oldu: ABŞ zərbə endirəcək

Ceyhun Bayramov venesuelalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla