Yuxarı

Ağdərə şəhərinin Baş Planı təqdim edildi: necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdərə şəhərinin Baş Planı təqdim edildi: necə olacaq?

İşğaldan azad edilən Ağdərə şəhərinin Baş Planı hazırdır.

Axar.az Report-a istinadən xəbər verir ki, şəhərin Baş Planı artıq təqdim edilib.

Ağdərə şəhərinin yenidən tərtib edilən baş planına əsasən şəhərdə əhalinin məskunlaşma ərazisi artırılacaq. Belə ki, şəhərin hazırkı 444 hektar ərazisi, 522 hektara çatdırılacaq. Həmçinin, 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır. Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, çoxfunksiyalı və ictimai-işgüzar zonalar daxildir.

Bundan başqa, şəhərdə , çayətrafı bulvar, terras parkı, aqroturizm, sənaye və logistika zonalarının yaradılması planlaşdırılır. Baş planla yanaşı, Ağdərə şəhərinin birinci mərhələdə yenidən qurulacaq ərazisi üzrə müfəssəl həllər də hazırlanıb. Həmçinin Ağdərə şəhərinin mənzil fondunun 420 min kvadratmetr olması, nəzərdə tutulub. O cümlədən, şəhərdə 80 çarpayılıq xəstəxana, 2520 şagird yerlik 5 məktəb binası, 840 yerlik 5 uşaq bağçası, peşə məktəbinin inşası planlaşdırılır.

Birinci mərhələdə 104 hektar olan şəhər mərkəzinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Ağdərə şəhərində əhalinin məskunlaşdırılmasına gəlincə, 2030-cu ilədək şəhərdə 3590 nəfərin məskunlaşması mümkün olacaq. Burada yol və küçələrin uzunluğu 46,8 kilometr, velosiped zolaqlarının uzunluğu isə 10 kilometr təşkil edəcək.

Layihə çərçivəsində ictimai və yaşayış binalarının memarlıq həlləri də işlənilib.

Tarix
2026.01.14 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

İran Bakıda işləmiş diplomatını Qafana göndərdi

Rusiyadakı azərbaycanlıların nəzərinə - Putin tapşırıq verdi

İlham Əliyev Qaradağda... - Foto

Nazir Azərbaycanın yardımları ilə bağlı maraqlı faktı açıqladı

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla