Yuxarı

Azərbaycan Yazıçılar Birliyinə üzvlük dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Yazıçılar Birliyinə üzvlük dayandırıldı

Üzvlüyə qəbul keçən ilin sonlarından dayandırılıb. Lakin əvvəlki tarixdə müraciət edənlərin sənədlərinə baxılır. İmtina edilənlər də var, qəbul olunanlar da. Qəbul komissiyası işləri 2027-ci ildə keçiriləcək Azərbaycan Yazıçılar Birliyinin qurultayına qədər dayandırılıb. Səbəb müraciət çoxluğudur.

Axar.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib.

O qeyd edib ki, üzvlük haqqını ödəməyənlər təlimata uyğun olaraq Birlikdən kənarlaşdırıla bilərlər, amma təşkilat hər zaman bu məsələdə humanist mövqe tutub:

"Hazırda Azərbaycan Yazıçılar Birliyinin 2500 nəfərdən çox üzvü var. Bir nəfər üçün 15 manat illik üzvlük haqqı müəyyən edilib. Hər hansı dövr üçün üzvlük pulundan yığılan məbləğ haqda informasiya maliyyə şöbəsində olur. Bu barədə hesabat vermək mənim səlahiyyətimdə deyil. 1990-cı illərdən illik üzvlük haqqını ödəməyənlər var idi. Açıqlaya bilmirəm, lakin külli miqdarda pul idi. 2020-ci ilə qədər olan borcların hamısı silindi. 5 il ötüb, yenə ödəməyənlər var. 15 manatı verməyən təşkilatın nizamnaməsinə hörmətlə yanaşmır. Ödəniş etməyənlərlə bağlı bu il, 1 fevralda qəti qərar veriləcək. O vaxta qədər möhlət verilib".

O, üzvlük haqqını ödəməyənlər arasında vəfat etmiş şəxslərin olması barədə iradlara da cavab verib.

"Siyahımızda olan yazıçı vəfat edərsə, "vəfat etmiş üzv" kimi daim qeydiyyatda qalır. O ki qaldı vəfat edən haqda bizim qeydlərimizə, onu mərhumun ailə üzvləri məlumat verməlidirlər. Biz haradan bilək, kim nə zaman vəfat etdi? Məsələn, Amin Avey 2020-ci ildə pandemiya dövründə Almaniyada vəfat edib. Onun adının siyahıda qalması texniki xəta ilə bağlı olub. Bu, mətbuatda başqa cür qələmə verilmişdi".

Sonda Xəyal Rza qeyd edib ki, Birliyə üzvlük haqqının məbləğində artım gözlənilmir.

Tarix
2026.01.14 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan bizi Qafqazdan çıxarır - Solonnikov

Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan

Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat

İran bir neçə milli dövlətə parçalana bilər - Arkov

Bayramov Fidanla regional təhlükəsizliyi müzakirə etdi

Pezeşkianı eşitmədilər, qətliam oldu: ABŞ zərbə endirəcək

Ceyhun Bayramov venesuelalı həmkarı ilə danışdı

Azərbaycana görə qiymətlər azaldı - Paşinyan

Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos

Səfirimiz Rusiya XİN-də bunu müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla