Yuxarı

Maşın dövlət qurumunun qazdığı çuxura düşdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşın dövlət qurumunun qazdığı çuxura düşdü - Video

Bakının Binəqədi rayonu ərazisində iki binanın arasındakı həyətdə aparılan qazıntı işləri vətəndaşları çətin vəziyyətə salıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, S.S.Axundov küçəsi, bina 11b ilə bina 7c-nin arasındakı yolda qazıntı işlərindən sonra yol əvvəlki vəziyyətinə gətirilməyib.

"Ərazidə kanalizasiya problemi ilə bağlı iş görüblər. Sonra da elə qazılmış vəziyyətdə qoyub çıxıb gediblər. Yağış yağandan sonra isə qazılan torpaq çöküb və vətəndaşın maşını qurumun qazdığı çuxura düşüb. Bu məsuliyyəti daşıyan isə yoxdur", - deyə şikayətdə bildirilib.

Binəqədi İH-dən bildirilib ki, məsələ ilə bağlı əraziyə baxış keçirilib:

"Qeyd olunan problemlə bağlı aidiyyəti üzrə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət olunub. Məsələ nəzarətimizdədir".

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd olunub ki, sözügedən ünvanda bir neçə gün öncə tullantı su xətti ilə bağlı qazıntı işləri aparılıb, xətt təmir edilib:

"Ötən gün əraziyə baxış keçirən briqada ərazidə digər nəqliyyat vasitəsinin saxlanılması səbəbindən xəndəyin doldurulmasını həyata keçirə bilməyib. Bu gün ərzində lazımi tədbirlər görüləcək".

Tarix
2026.01.14 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla