"Avropa Şurasının
Parlament Assambleyasında Rusiyanın səsvermə hüququndan məhrum
edilməsilə bağlı qətnaməyə Azərbaycan müstəqil və obyektiv mövqe
nümayiş etdirdi".
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Pavel
Klaçkov söyləyib.
O, Qərbin Azərbaycana bu səsvermədən sonra təzyiqi
gücləndirəcəyinə inanmadığını bildirib:
"Burada Qərbin bu tip səsvermədən sonra hansısa sərt
cəzalandırmasından qorxmaq gərək deyil. Əksinə, manevr etmək və
strateji cəhətdən doğru kurs qurmaq əvvəlkindən daha çox tələbata
çevrilib. Azərbaycanı Qərbin sanksiyaları ilə artıq birinci dəfə
deyil ki, qorxudurlar. Mən yaxın zaman ərzində Qərbin Azərbaycana
təzyiqlərini gücləndirəcəyini düşünmürəm. Hazırda ölkədə stabil
siyasi rejimin gücləndirilməsi üçün gözəl imkan var. Bakı öz xarici
siyasət kursunu seçmək imkanına sahibdir. Sözsüz ki, müxtəlif
KİV-lər, xüsusi hazırlanmış ictimai strukturlar və gənclər
təşkilatları vasitəsilə turbulent zonanın yaradılması üçün
fəaliyyət davam edəcək. Amma Azərbaycanın öz iradəsini ortaya
qoyması ilk dəfə olan hadisə deyil. Bunun üçün "Qoşulmayanlar
hərakatı"na üzv olmaqla bağlı situasiyanı xatırlamaq lazımdır.
Aydındır ki, buraya üzvlük NATO-nun regiona təsirini ciddi şəkildə
zəiflədir. Bununla da demək lazımdır ki, Azərbaycanın Avropa
Şurasında verdiyi səs onun ədalətli xarici siyasət xəttinin
davamıdır".